Accessibility links

Əfqanıstanda NATO vertolyotu qəzaya uğrayıb


Taliban vertolyotu vurduğunu iddia edir

NATO Əfqanıstanda vertolyort qəzası zamanı 7-si amerikalı olmaqla, 11 nəfərin həlak olduğunu bildirib.

Koalisiya qüvvələrinin verdiyi məlumatda bildirilir ki, ı qəzaya uğrayanvertolyotda üç Amerika əsgəri, dörd xarici xidmət üzvləri, həmçinin üç əfqan əsgəri və bir əfqan tərcüməçi həlak olub.

Qəzanın səbəbləri araşdırılmaqda davam edir. NATA hadisənin təfərrüatları barədə başqa məlumat verməyib.

Taliban vertolyotu vurduğunu iddia edir.

Mart ayında Əfqanıstan paytaxtı yaxınlığında NATO vertolyotunun binaya dəyməsi nəticəsində 12 türk əsgərləri və ən az 4 nəfər yerdə həlak olmuşdu.

Keçən ilin avqust ayında Vardak əyalətində yaraqlıların açdığı atəş nəticəsində “Chinook” vertolyotu vurulmuş, nəticədə Amerikanın 30 hərbi qulluqçusu həlak olmuşdu.

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG