Accessibility links

Əfqanıstan Milli Ordusunun əsgəri ABŞ-ın Cəlilabad şəhərindəki hərbi qüvvələrinin bir qulluqçusunu qətlə yetirib.

Atışma vilayət rəsmilərinin ABŞ nümayəndələri ilə görüşündən sonra baş verib.

Nanqarhar vilayətinin polis idarəsinin rəisi Fazel Əhməd Şerzad bildirib ki, Amerika əsgərlərinin cavab atəşi nəticəsində əsgər öldürülüb, digər ikisi yaralanıb.

Səbəbi aydın olmayan insidentlə bağlı istintaq aparılır.

ABŞ əsgəri Əfqanıstanda yerli qüvvələrə təlim vermək məqsədi ilə saxlanılar 9800 nəfərlik hərbi kontingentin üzvü idi.

Associated Press əfqan əsgərin adının Əbdel Əzim olduğunu bildirib.

Ötən il bunabənzər hücum nəticəsində amerikalı general-mayor və beynəlxalq qüvvələrin 16 əsgəri qətlə yetirilib.

Üç il əvvəl isə NATO-nun əksəriyyəti amerikalı olmaqla 61 hərbçisi öldürülüb.


XS
SM
MD
LG