Accessibility links

Əfqanıstan kəndində qırğın törətmiş ABŞ əsgəri tribunalla üzləşir


Serjant Robert Beyls 16 adam, o cümlədən 9 uşaq öldürüb.

İttihamçıların dediyinə görə, serjant Robert Beyls bu ilin mart ayında Əfqanıstanın cənub bölgəsində qərargahlandığı hərbi bazadan çıxaraq, yaxınlıqdakı kənddə 9-u uşaq olmaqla 16 nəfəri qətlə yetirib. Bəzi cəsədlərin yandırlıdığı deyilir.

Beylsin vəkili onun qətlləri xatırlamadığını və çox guman ki, serjantın stresdən əziyyət çəkdiyini deyib.

Serjand Beyls keçən ilin dekabr ayında Əfqanıstana göndərilməzdən əvvəl İraqda üç dönəm hərbi qülluqda olub. Deyilənə görə o, 2010-cu ildə İradqa başından yaralanaraq, beyin travması alıb.

Serjant Beylsə qarşı irəli sürülün ittiham təsdiq olunarsa o, edam hökmü ilə üzləşə bilər.

ABŞ hökuməti hücumda öldürülənlərin ailələrinə və yaralananlara təzminat ödəyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG