Accessibility links

Həmid Karzay ABŞ-ı məhbuslara dair razılığı pozmaqda ittiham edir


Əfqanıstan prezidenti Həmid Karzay ABŞ-ı hərbi həbsxanadakı 3 mindən çox məhbusun təhvil verilməsi barədə razılığı pozmaqda ittiham edir. Sentyabr ayında Birləşmiş Ştatlar Əfqanıstanın Baqram həbsxanasının nəzarətini rəsmi olaraq Əfqanıstana verəndə cənab Karzay bunu ölkəsinin suverenliyinin qələbəsi kimi qiymətləmdirmişdi.

Lakin bazar günü Kabildə keçirdiyi yığıncaq zamanı Əfqanıstan lideri baş prokuror və hərbi polisin hesabatına əsasən hələ də günahsız məhbusların saxlandığını və imzalanan Memoranduma zidd olaraq ABŞ hərbçilərinin həbsləri davam etdirdiyini deyib.

Bazar ertəsi prezidentin mətbuat katibi Aimal Faizi mətbuat nümayəndələrinə bildirmişdir ki, məhkəmənin barələrində azadlıq hökmü çıxarmasına baxmayaraq ABŞ qüvvələri Baqram hərbi bazasındakı həbsxanada 70 nəfərdən artıq məhbus saxlayır.

Əfqanıstan prezidenti Həmid Karzay status kvonun Əfqanıstanla Birləşmiş Ştatlar arasında Anlaşma Memorandumunun ruhuna zidd olduğunu deyib.

Cənab Karzayın ofisi tərəfindən təsdiqlənən və həbsxanaya nəzarətin tam olaraq Əfqanıstana verilməsini nəzərdə tutan bəyanatda müdafiə naziri, baş prokuror və Baqram həbsxanasının baş komandiri səlahiyyətləndirilib.

Amerika Birləşmiş Ştatları tərəfindən bu barədə rəsmi açıqlama verilməyib.
XS
SM
MD
LG