Accessibility links

Əfqanıstan beynəlxalq qüvvələri ölkədə saxlamağa razılıq verdi


Əfqanıstanda Taliban yaraqlılarının hücumlarının yeniləndiyi bir zaman ölkə parlametinin aşağı palatası ABŞ və NATO ilə beynəlxalq qüvvələrin bu ilin sonundan sonra da Əfqanıstanda qalmasına icazə verən razılığı qəbul edib.

Ratifikasiyadan əvvəl isə ABŞ rəsmiləri demişdi ki, prezident Barak Obama yaraqlılara cavab vermək üçün ABŞ-ın hərbi qabiliyyətinin genişləndirilmənin yeni qaydalarını açıqlamışdı.

Adını açıqlamayan rəsmilə mətbuat orqanlarına bildirib ki, qəbul edilən qanun ABŞ əsgərlərinə Taliban yaraqlıları ABŞ və koalisiya qüvvələri hədə törədəcəyi təqdirdə onları təqib etməyə icazə verir. Yaraqlıların Əl-Qaidəyə birbaşa dəstək verdiyi təqdirdə də bu qanun işə düşə bilər.

Yeni sənəd 2015-ci ildə ehtiyac olduğu təqdirdə ABŞ-ın Əfqanıstan əsgərlərinə havadan dəstək verməsini şərait yaradır.

XS
SM
MD
LG