Accessibility links

Kabildə intiharçı hücumunun qarşısı alınıb


Əfqanıstan rəsmiləri ölkənin şərqində Cəlalabad şəhərində intiharçı bomba hücumunda təhlükəsizlik qüvvələrinin üç üzvünün həlak olduğunu, Kabildə isə intiharçı hücumunun qarşısının alındığını bildirir.

Bazar günü hücumların birində intiharçının bomba yerləşdirdiyi maşınını Cəlalabad şəhərində kəşfiyyat idarəsinin binasına çırpdığı deyilir. Rəsmilərin sözlərinə görə, hücum Milli Təhlükəsizlik İdarəsinin iki agentinin ölümü, üç nəfərin isə yaralanması ilə nəticələnib. Puli Ələm şəhəri yaxınlığında daha bir hücum zamanı isə intiharçı partlayıcılarla dolu maşını polis məntəqisinə sürüb. Hər iki hücuma görə məsuliyyəti öz üzərinə Taliban götürüb.

Əfqanıstan rəsmiləri Kabildə intiharçı hücumunun qarşısını alındığını bildirib. Onların sözlərinə görə, incident paytaxtda hökumət iradərələri və diplomatik nümayəndəliklər üçün binaların inşa edildiyi böyük tikinti obyektinin yaxınlığında baş verib. Yaraqlılar keçən il aprel ayından başlayaraq bu ərazidə geniş hücumlar həyata keçirib.
XS
SM
MD
LG