Accessibility links

Kabildə Britaniya səfirliyinin maşına hücum edilib


Əfqan rəsmiləri bildiriblər ki, intiharçı içi partlayıcı ilə dolu maşını Kabildə yerləşən Britaniya səfirliyinin avtomibilinin üstünə sürməsi nəticəsində 1 Britaniya vətəndaşı daxil olmaqla, 5 nəfər həlak olub.

Daxili İşlər Nazirliyinin bəyanatında 33 əfqanın yaralandığını bildirib.

Britaniya səfirliyi avtomobildəki insanların da yaralandığını bildirib, lakin əlavə məlumat verməyib.

Taliban hücumun məsuliyyətini üzərinə alaraq bildirib ki, onlar “xarici işğalçı qüvvələri” hədəf alır və nəticədə çox insan həlak olur və ya xəsarət alır.

Əksər xarici döyüş qüvvələrinin ölkəni tərk etməyə hazırlaşdığı bir vaxt Əfqanıstan paytaxtında hücumlar artıb.

Bu həftənin əvvəli 2 amerikalı əsgər Kabilda bomba partlayışı zamanı həlak olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG