Accessibility links

Nelson Mandela dekabrın 15-i dəfn olunacaq [Fotoqalereya]


Cənubi Afrika rəsmiləri bildirir ki, Nelson Mandelanın dəfn mərasiminin gələn bazar günü, dekabrın 15-də keçirilməsi planlaşdırılıb. Dövlət tərəfindən təşkil olunan mərasimdən sonra Nelson Mandela doğulduğu Qunu qəsəbəsində dəfn ediləcək.

Bu gün prezident Ceykob Zuma üzüntü içində olan xalqa rəsmi dəfn mərasimi barədə ətraflı məlumat verib.

Cənab Zuma bazar gününü dua və anma günü elan edib. O, xalqını kilsələrdə, məscidlərdə, sinaqoqlarda və evlərində bir araya gələrək sabiq prezident üçün dua etməyə çağırıb.

Prezident deyib ki, rəsmi dəfn mərasimi gələn cümə axşamı 2010-cu il Futbol üzrə Dünya Çempionatının final oyununun keçirildiyi Yohannesburq şəhərindəki stadionda təşkil ediləcək.

Cənab Mandelanın cəsədi üç gün Cənubi Afrikanın hökümət evində saxlanılacaq.

Sabiq prezident uzun sürən xəstəlikdən sonra cümə axşamı 95 yaşında həyatını itirib.
XS
SM
MD
LG