Accessibility links

Afrikadan olan yüzlərlə miqrant dənizdə batıb


Şərq Afrikadan olan yüzlərlə miqrantın Aralıq dənizinin şərqində gəminin batması nəticəsində öldüyü xəbər verilir.

Şahidlər və xilas olanlar Amerikanın Səsinə bildirib ki, 500 nəfəri daşıyan gəmi aşıb. Onlardan bəziləri yaxınlıqdakı qayıqlara üzərək xilas olduqdan sonra Yunanıstana aparılıb.

Hadisə aprel ayının 8-də baş verib. Lakin ilk dəfə bazar günü BBC bu haqda xəbər yayıb.

Efiopiyadan olan Musa Məhəmməd Adam deyir ki, o, hadisə zamanı xilas olanlardan biridir.

Musa gəmidə 500-ə yaxın insanın olduğunu deyir və bildirir ki, onlardan yalnız 30-u yaxınlıqdakı qayığa üzə bilib.

Şahidlər deyir ki, xilas olanlar doqquz gün dənizdə qaldıqdan sonra Yunanıstan və İtaliya xilasediciləri tərəfindən xilas ediliblər.

Məlumatlar təsdiqlənərsə, keçən il aprel ayında Liviya sahillərində boğulan 700 insandan sonra bu ən dəhşətli miqrant faciəsi olaraq tarixə düşəcək.

XS
SM
MD
LG