Accessibility links

Avropa Birliyi İlqar Məmmədov və Tofiq Yaqublunun həbsini siyasi motivli hesab edir


Avropa Birliyinin Xarici Siyasət üzrə Yüksək Səviyyəli Təmsilçisi Catherine Ashton və Birliyin Genişlənmə və Qonşuluq Siyasəti üzrə Komissarı Štefan Füle
Avropa Birliyinin Xarici Siyasət üzrə Yüksək Səviyyəli Təmsilçisi Catherine Ashton və Birliyin Genişlənmə və Qonşuluq Siyasəti üzrə Komissarı Štefan Füle

Müxalifət rəhbərlərinin həbsi beynəlxalq öhdəliklərə zidd adlandırılır

Avropa Birliyi REAL Hərəkatının rəhbəri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu barəsindəki məhkəmə hökmünü siyasi motivli adlandırıb.

Bu barədə Avropa Birliyinin Xarici Siyasət üzrə Yüksək Səviyyəli Təmsilçisi Katrin Eşton və Birliyin Genişlənmə və Qonşuluq Siyasəti üzrə Komissarı Štefan Fülenin sözçülərinin yaydıqları birgə məlumatda deyilir.

Martın 20-də yayılan sənəddə qeyd edilir ki, bu məhkəmə prosesinin ədalətli olmasına dair beynəlxalq ictimaiyyətdə ciddi şübhələrə baxmayaraq müxalifətdən olan siyasətçilər – İlqar Məmmədov və Tofiq Yaqublu uzun müddətə azadlıqdan məhrum edilib: “Katrin Eşton və Štefan Füle təəssüflə qeyd edir ki, İlqar Məmmədov və Tofiq Yaqublu barədə məhkəmə hökmünün siyasi motivli olduğu anlaşılır. Bu da Avropa Şurasının üzvü kimi Azərbaycanın götürdüyü beynəlxalq öhdəliklərə ziddir. Onlar Avropa Şurası Nazirlər Komitəsinin növbəti sədri olacaq Azərbaycanı məsuliyyətlərini dərk etməyə və öz məhkəmə sisteminin müstəqilliyini təmin etmək üçün daha çox iş görməyə çağırırlar”, birgə məlumatda qeyd edilir.
XS
SM
MD
LG