Accessibility links

Siyasətçi qadın Ərdoğanın arzularını puça çıxara bilər


Türkiyənin Millətçi Hərəkat Partiyasına qadın siyasətçi rəhbərlik etmək istəyir. Sağçı Meral Akşener hazırda Türkiyə boyu kampaniya aparır.

Qara Dəniz regionuna səfəri zamanı o, izdihamlı kütlə qarşısında patiyasını canlandırmaq səylərindən danışıb. Türk millətçilərinin sıx yaşadığı bu region bir zamanlar MHP-nin istehkamı hesab edilirdi.

Son seçkilərdə partiyanın səsləri Ərdoğanın hakim AKP partiyasına ünvanlanıb.

Türkiyənin Cümhuriyyet qəzetinin köşə yazarı Kadri Gürselin fikrincə, Akşener partiyasının hazırkı sədri Devlet Bahçeli üzərində qələbə əldə etsə, partiyanın gələcəyini inqilabiləşdirə bilər.

Meral Akşener güclü etibara malikdir. O, daxili işlər naziri olub. Türkiyənin PKK ilə mübarizəsi dövründə fəaliyyət göstərib. Akşener qüdrətli bir qadındır

"Nə qədər ki, Bahçeli partiyaya rəhbərlik edir, MHP-nin gələcəyi olmayacaq. Akşener isə partiyaya alternativ bir yol-demokratik dəyişikliklər gətirə bilər”-deyə yazar bildirib.

MHP noyabr ümummilli seçkilərində əldə etdiyi səslərlə parlamentdəki yerlərinin yarısını itirib. Belə ki, bu partiyanı dəstəkləyənlərin əksəriyyəti AKP-yə səs verib. Bu yolla AKP əksəriyyəti qazana bilib.

Akşener 90-cı illərdə mərkəz-sağçı hökumətin tərkibində çalışıb. Qlobal Mənbə Tərəfdaşlığı təşkilatından təhlilçi Atilla Yeşilada onu Ərdoğan və AKP-yə potensial təhlükə hesab edir.

"Ərdoğana real təhlükə mərkəz sağdan gələ bilər. Meral Akşener güclü etibara malikdir. O, daxili işlər naziri olub. Türkiyənin PKK ilə mübarizəsi dövründə fəaliyyət göstərib. Akşener qüdrətli bir qadındır. Onun Anadolu səfərində müşayiət edən jurnalistlər Aksenerin necə qarşılandığından danışır. Söhbət 400-500 maşından gedir."

Akşenerin patiyaya rəhbərlik cəhdləri mübahisələrə səbəb olub. MHP partiyası növbədənkənar konfrans keçirilməsinə mane olunması şikayəti ilə məhkəmə prosesi ilə üzləşib.

Nə qədər ki, Bahçeli partiyaya rəhbərlik edir, MHP-nin gələcəyi olmayacaq

Təhlilçilərin fikrincə, bunun arxasında Ərdoğan dura bilər. Bu yaxınlarda Ali İnzibati Məhkəmə konfrasnın keçirilməsinə dair qərar çıxarıb.

Ərdoğan isə qüdrətini artırmaq üçün referendum və ya parlamentdə əldə etdiyi əksəriyyəti saxlamaq üçün növbədənkənar seçkilər keçirilməsinə çalışır.

Təhlilçilər hesab edir ki, bu iki variantdan biri MHP-nin zəifliyi və buna riayət etməsi ilə mümkün olacaq.

MHP-nin konfransı partiyanın gələcək taleyini həll edə bilər. Bu, Gürselin fikridir.

"Rəy sorğularına görə, Akşener Devlet Bahçelinin yerinə keçə bilsə, ictimai dəstəyi misilsiz səviyyəyə yüksəldəcək. Bu isə Ərdoğanın konstitusional diktatorluq arzusunu puça çıxaracaq. Buna görə də Ərdoğan hər vəchlə Akşenerin MHP partiyasına liderliyinə mane olacaq."

Müşahidəçilər deyir ki, Akşenerin rəhbərliyi ilə MHP ilk dəfə olaraq sağ cinah seçicilər üçün AKP-yə alternativ ola bilər/

XS
SM
MD
LG