Accessibility links

Ən yaxşı aktrisa kateqoriyasında hansı aktrisanın Oskar alacağını soruşsanız beş fərqli cavab alacaqsınız. Bəzi namizədlərə pərəstiş edilsə də, bu, onların ifa etdiyi rola görə deyil.

Beasts of the Southern Wild filmində Kyuvensana Vallis yaşadığı yeri su basdıqdan sonra həyat uğrunnda mübarizə aparan bir qız obrazını yaradır. Gənc aktrisa Oskar mükafatına nominasiya ediləcəyini ağlına belə gətirmirdi.

Lakin rolunu gözəl ifa etməsinə baxmayaraq, Vallis qızıl Oskarı almaq üçün kino hələ çox gəncdir.

Naomi Vatts The Impossible filmindəki ifasına görə Oskar mükafatına nominasiya edilib. O, 2004-cü ildə Tailannda sunamidə itən üç uşaq anasının rolunu ifa edir.

Vatts artıq ikinci dəfədir Oskara nominasiyada göstərilir. O, ilk dəfə 21 Grams filmində yaratdığı ana obrazına görə nominasiya edilmişdi.

Lakin Vattsın The Impossible filmindəki ifası onun Oskar nominasiyaları siyahısında birinci olması üçün kifayət deyil.

86 yaşlı Emmanuell Riva Oskar mükafatına nominasiya edilmiş ən yaşlı aktrisadır. Aktrisa vətəni Fransada uzun və müvəffəq karyeraya malikdir. O, 1959-cu ildə rejissor Alain Resnais`-in Hiroshima Mon Amour filmində yaratdığı rolla tanınıb.

Rivanın ölüm yatağında olan yaşlı qadından bəhs edən Amour filmindəki ifası tənqidçilər tərəfindən yüksək qiymətləndirilib..

Lakin o, Anne obrazına görə Oskar almaya bilər. Bəziləri onun yaşının və filmin səs verəcək heyət üzvləri üçün o qədər aydın olmaya bilməməsini buna səbəb göstərir.

Buna görə də Cessika Çasteyn nominasiyada göstərilən aktrisalar arasında liderdir.

Çasteyn Ketrin Biqelonun Zero Dark Thirty filmind roluna görə Oskar mükafatına nominasiya edilib. O, son bir neçə ildir karyerasında uğur əldə edir.

Çasteyn rejissor Terens Malikin Tree of Life filmində həyatın ümidinə qalmış gənc qadın obrazını yaradıb.

Tate Teylorun The Help dram janrında çəkdiyi filmində

Cessika Çasteyn 1960-cı ildə ABŞ-ın cənubunda ağlar arasında təhqir edilmiş afro-amerikalı xadiməni müdafiə edən qadın obrazını yaradır.

Zero Dark Thirty filmində isə aktirsa üç il Üsama Bin Ladenin axtarışı əməliyyatında iştirak edən Kəşfiyyat Agentliyinin işçisi Maya rolunu ifa edir.

Cennifer Laurens Silver Linings Playbook filmində Tiffani adlı emosianal qadın rolunda çıxış edir.

Laurens bu rola görə artıq iki mükafata layiq görülüb.

Onun karyerada uğuru iki il bundan əvvəl Winter’s Bone filmindəki roluna görə nominasiya edliməsi ilə başlayıb.

Aktrisa The Hunger Games filmində ailə üzvünü xilas etmək üçün təhlükəli oyun oynamağa razılaşan Katniss Everdin obrazını yaradıb.

Filmdə rolu ona beynəlxalq şöhrət gətirir.

Oskara nominasiyalara səs verən heyət ilin ən layiqli aktrisalarını seçməlidir.
XS
SM
MD
LG