Accessibility links

Əl-Qaidə fəaliyyət dairəsini genişləndirir


Əyman Əl-Zəvahiri
Əyman Əl-Zəvahiri

Hindistanın kəşfiyyat agentlikləri Əl-Qaidənin bəyanatından sonra təhlükəsizlik tədbirlərini gücləndirib.

Əl-Qaidə lideri Ayman Əl-Zəvahiri deyib ki, İslamçı ektremist hərəkatı özünün daha bir qanadını Hindistan qitəsində yaradıb.

Video ilə nümayiş etdirilən çıxışında Zəvahiri Əfqanıstan və Pakistanda fəaliyyət göstərən Əl-Qaidənin indi Hindistan qitəsinə də yerləşdiyini və Hindistan, Myanmar kimi tanınan Birma və Banqladeşdə fəaliyyətə başlayacağını deyib.

Belə bir hədə Hindistanın yeni baş naziri, vaxtı ilə Qucarat ştatında qubernator olarkən bir neçə anti-müsəlman insidentinə göz yumduğuna görə tənqidlərlə üzləşən Narendra Mudiyə problem ola bilər.

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG