Accessibility links

ABŞ-da anadan olmuş radikal ruhani müsəlmanları Amerika əsgərlərini qətlə yetirməyə çağırır


ABŞ-da anadan olmuş radikal ruhani müsəlmanları Amerika əsgərlərini qətlə yetirməyə çağırır

ABŞ-da anadan olmuş radikal ruhani müsəlmanları Amerika əsgərlərini qətlə yetirməyə çağırır

İslamçıların veb səhifəsində ABŞ-da anadan olan əl-Qaidə fəalı Ənvər əl-Avlaki ABŞ əsgərlərinin ölümünə bəraət qazandırdığını bildirir

Birləşmiş Ştatlarda anadan olmuş radikal müsəlman ruhani ABŞ ordusunda xidmət edən müsəlmanları Əfqanıstan və İraqda Amerika əsgərlərini qətlə yetirməyə çağırıb.

Bu gün islamçıların veb səhifəsində yerləşdirilmiş videoda Ənvər əl-Avlaki deyib ki, o, ABŞ əsgərlərinin ölümünə bəraət qazandırır, çünki onun sözlərilə, Amerika Əfqanıstan və İraqda bilərəkdən milyonlarla müsəlmanı qətlə yetirir. O həmçinin keçən il Texas ştatında Fort Hud hərbi bazasında 13 nəfəri qətlə yetirən ABŞ ordusunun mayoru Nidal Həsən haqda yüksək fikrini ifadə etmişdir və Həsənin qəhrəmanlıq göstərdiyini bildirmişdir.

ABŞ rəsmiləri keçən ay bildirmişlər ki, Obama administrasiyası Mərkəzi Kəşfiyyat idarəsinə ABŞ-da anadan olmuş yəmən mənşəli əl-Qaidə fəalı Avlakini qətlə yetirmək səlahiyyəti verib. Avlakinin Yəmənin Şabva vilayətində dağlarda gizləndiyinə inanılır.

XS
SM
MD
LG