Accessibility links

Alabama ştatında qaz barjaları partlayıb


Birləşmiş Ştatların yanğınsöndürmə rəsmilərinin bildirdiyinə görə, çərşənbə günü gecə yarısı Alabama ştatındakı çayda təbii qazla dolu iki barja partlayıb.

Yanğınsöndürmə dəstələri və ABŞ-ın Sahil Mühafizə rəsmiləri Mobil çayında baş verən partlayışların qarşısının alınması işlərinə dərhal başlandığını deyirlər.

Üçüncü partlayışın yanğınsöndürənlərin hadisə yerinə gəlməsindən bir saat sonra baş verdiyi, bundan sonra isə partlayışların bir neçə saat davam etdiyi bildirilir.

Sahil Mühafizə Dəstəsinin yerli mediaya bildirdiyinə görə, hadisənin baş verdiyi 1.6 km-lik ərazidə təhlükəsizlik zonası yaradılıb.
XS
SM
MD
LG