Accessibility links

Daha bir ştatda Konfederasiya bayrağı götürülüb


Alabama state workers take down a Confederate flag on the grounds of the state capitol in Montgomery, Alabama, June 24, 2015.

Alabama state workers take down a Confederate flag on the grounds of the state capitol in Montgomery, Alabama, June 24, 2015.

ABŞ-ın cənubunda yerləşən Alabama ştatı mübahisəli Konfederasiya bayrağını ştat paytaxtından qaldırıb.

Qubernator Robert Bentli bayrağı çərşənbə axşamı qaldırmaq əmri verib. Buna səbəb ötən həftə Cənubi Karolinada doqquz afro-amerikalının öldürülməsindən sonra Vətəndaş Müharibəsi bayrağı mübahisəsinin açılmasıdır.

Cənubi Karolina ştatının qanunvericiləri isə bayrağın ştatın paytaxtından qaldırırlmasını müzakirə edəcəklər. Ştatın qubernatoru Nikki Heyli bazar ertəsi bayrağın yığışdırılmasının zamanın çatdığını deyib.

Ötən həftə Cənubi Karolinanın Çarlston şəhərində doqquz afro-amerikalını qətlə yetirən ağdərili silahlı şəxsin irqçi olduğu qəbul edilir. Şəkillərində əlində Konfederasiya bayrağı tutduğu görünür.

Bayraqdan qurtulmaq istəyənlər onun bir zamanlar quldarlığı qanuniləşdrimək istəyənləri təmsil etdiyini və daimi ağdərililərin üstünlüyünü xatırlatdığını deyirlər.

Sears və Wal-Mart daxil olmaqla, bir sıra nəhəng pərakəndə satış şirkətləri mağazalarında üzərində Konfederasiya bayrağının olduğu məhsulların satışını dayandıracaqlarını deyiblər.

Konfederasiya bayrağının müdafiəçiləri isə bayrağın tarixi simvol olduğunu və Amerika Vətəndaş Müharibəsində həlak olan minlərlə Konfederasiya əsgərlərini təmsil etdiyini deyirlər.

XS
SM
MD
LG