Accessibility links

Koalisiya qüvvələri Hələbdə atəşkəsə çağırır


ABŞ-ın başçılıq etdiyi koalisiyaya daxil olan ölkələr Hələbdə təcili atəşkəsə çağırmaqla yanaşı, Rusiyanı Suriya şəhərindən çıxa bilməyən mülkü vətəndaşlara göndərilən humanitar yardımlara müdaxilə etməkdə günahlandırıb.

Hələb hər gün Rusiya və İranın dəstəklədiyi Suriya rejiminin bomba və artilleriya hücumlarına məruz qalır. Hospitallar və məktəblər fəaliyyət göstərmir. Onlar bomba hücumlarının hədəfi olur. Ölən uşaqların görüntüsü qan dondurur.
Birgə Bəyanat

"Hələb hər gün Rusiya və İranın dəstəklədiyi Suriya rejiminin bomba və artilleriya hücumlarına məruz qalır. Hospitallar və məktəblər fəaliyyət göstərmir. Onlar bomba hücumlarının hədəfi olur. Ölən uşaqların görüntüsü qan dondurur” – deyə 6 dövlətin birgə yaydığı bəyanatda deyilir.

Kanada, Fransa, Almaniya, İtaliya, Britaniya və ABŞ-ın liderləri Suriya hökumətini BMT-nin Hələb planı ilə razılaşmağa və şəhərə humanitar yardıma icazə verməyə çağırıb.

Suriya üsyançıları mülki əhalinin şəhərin şərq hissəsindən çıxarılmasına şərait yaradılması üçün 5 günlük atəşkəsə razılıq verib.

ABŞ dövlət katibi Con Kerri bu gün axşam saatlarından Almaniyanın Hamburq şəhərində Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək. İki diplomat Suriyada vətəndaş müharbəsinə son qoymaq ümidi ilə dəfələrlə görüşlər keçirib.

NATO xarici işlər nazirlərinin toplantısında iştirak edən Kerri deyib ki, o, Suriya rejimi ilə müxalifət arasında sülh danışıqlarının yenidən başlamasına ümid etsə də, bu işdə prezident Bəşar Əl-Əsədin köməyi çox az olub. Bu, cənab Kerrinin qatıldığı sonuncu NATO xarici işlər nazirləri toplantısıdır.

"Biz danışıqlar masasına qayıtmağın yollarını axtarırdıq… ancaq Əsəd heç cürə buna maraq göstərmir. Rusiya deyir ki, Əsəd danışıqları bərpa etməyə hazırdır… Mən də bunu yenidən sınamaq istəyirəm" – deyə ABŞ dövlət katibi bildirib.

Biz danışıqlar masasına qayıtmağın yollarını axtarırdıq… ancaq Əsəd heç cürə buna maraq göstərmir. Rusiya deyir ki, Əsəd danışıqları bərpa etməyə hazırdır… Mən də bunu yenidən sınamaq istəyirəm.
Con Kerri

Üsyançılar bu gün səhər Rusiyanın dəstəklədiyi Suriya ordusunun Hələbin köhnə şəhərinin nəzarətini tam əla keçirməsindən sonra atəşkəs təklifi ilə çıxış edib.

Suriyada vətəndaş müharibəsini müşahidə edən qrup bildirib ki, üsyançı qüvvələr son qərərgahlarının yerləşdiyi şəhərin şərq sektorundan çıxdıqdan sonra çərşənbə günü axşam saatlarında suriyalı əsgərlər yaxınlıqda yerləşən Bab əl-Hadid və Aqhior rayonlarının nəzarətini ələ keçirib.

Hələbin köhnə şəhərinin təslim olması prezident Bəşar Əl-Əsəd rejiminin beş il davam edən müharibədə böyük qələbəsi hesab edilə bilər. Ordu hazırda 2012-ci ildən bəri üsyanşıların nəzarətində olan Hələbin şərqinin azı 75 faizinə nəzarət edir.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG