Accessibility links

Ali məhkəmənin qərarı on illər sürən qaydaları dəyişib


Cənab Obama deyib ki, onun dəstəklədiyi qanunvericilik xüsusi maraq reklamasının təşəbbüskarlarını aşkara çıxmasını tələb edəcək

ABŞ prezidenti Barak Obama respublikaçıları korparasiyaların və xarici müəssisələrin ABŞ seçkilərinə təsirini məhdudlaşdıran qanun layihəsinin əleyhinə çıxmağa son qoymağa çağırıb. Özünün həftəlik müraciətində cənab Obama deyib ki, yanvar ayında Ali Məhkəmənin qərarı korparasiyalara və xarici qruplara arxasında kimin dayandığını açıqlamayan hücum reklamına hədsiz miqdarda pul xərcləməyə icazə verib. Qərar on illər sürən hökumət korparasiyalarının və həmkarlar ittifaqlarının seçkilər kampaniyasına reklam məqsədi ilə pul xərcləməsini qadağan edən qaydaları dəyişib. Cənab Obama deyib ki, onun dəstəklədiyi qanunvericilik xüsusi maraq reklamasının təşəbbüskarlarını aşkara çıxmasını tələb edəcək. Qanunvericilik eyni zamanda bu növ fəaliyyətlərdə xarici vəsaitlərin istifadəsinə qadağanı bərpa edəcək. O, amerikalıları bu növ reklamlardan faydalanan hər bir seçkili rəsmini cavabdeh tutmağa çağırıb. O, amerikalıları bu fəaliyyətin qarşısi almağa və ya bu sahədə mübarizəyə qoşulmağa səsləyib.

XS
SM
MD
LG