Accessibility links

Rusiya və Azərbaycan prezidentlərinin telefon danışığı olub


Prezident İlham Əliyev və prezident Vladimir Putin
Prezident İlham Əliyev və prezident Vladimir Putin

Rusiya və Azərbaycan prezidentləri arasında telefon danışığı olub.

Azərbaycan prezidentinin rəsmi saytı bildirir ki, Rusiya prezidenti Vladimir Putin fevralın 26-da Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

Telefon danışığı zamanı Azərbaycan ilə Rusiya arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin aktual məsələləri, xüsusilə də ticarət-iqtisadi sahədə əməkdaşlıq ətrafında fikir mübadiləsi davam etdirilib.

Xatırladaq ki, dünən də Rusiya və Azərbaycan prezidentlərinin telefon danışığı olub. Fevralın 25-də Azərbaycan prezidenti Rusiya prezidentinə zəng etmişdi.

Prezidentlərin telefon danışıqları Rusiyanın Ermənistana 200 milyon dollar həcmində silah, sursat və hərbi texnika verilməsi barədə saziş imzalamasına etiraz olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin bu ölkəyə nota verməsindən sonraya təsadüf edir.

XS
SM
MD
LG