Accessibility links

Almaniya və Fransa birgə iqtisadi hökumət yaradılmasına çağırır (YENİLƏNİB)


France's President Nicolas Sarkozy welcomes German Chancellor Angela Merkel as she arrives for a meeting at the Elysee Palace in Paris, August 16, 2011
France's President Nicolas Sarkozy welcomes German Chancellor Angela Merkel as she arrives for a meeting at the Elysee Palace in Paris, August 16, 2011

Almaniya və Fransa liderləri avro valyutasından istifadə edən 17 ölkəni birgə iqtisadi hökumətin yaradılmasına çağıraraq, bildirir ki, avro zonasına daxil olan bütün ölkələr gələn ilin ortalarına qədər balanslaşdırılmış büdcəyə dair qanunu təsdiqləməlidir.

Parisdə görüşdən sonra Fransa prezidenti Nikolas Sarkozi deyib ki, o və onun alman həmkarı, kansler Ancela Merkel həqiqi Avropa iqtisadi hökumətinin yaradılmasını istəyirş. Bu səy qitədə artmaqda olan borc böhranını nəzarətdə saxlamaq məqsədi ilə edilir. Avropanın iki ən böyük ölkəsi olan Almaniya və Fransa valyutanı qorumaq məqsədi ilə əməkdaşlıq etdiklərini nümayiş etdirmək üçün vergi rüsumlarını ümumiləşdirəcək.

XS
SM
MD
LG