Accessibility links

Almaniya İranın Hindistana satdığı neftin pulunun Tehrana ödənişini dayandırır


iran india flag
iran india flag

Hindistan ABŞ-ın İrana qarşı qoyduğu sanksiyalara riayət edərək bu ölkədən aldığı neftin pulunu birbaşa Tehrana göndərməkdən imtina edib. Hökumət Hamburqda olan EİH bankı vasitəsilə Tehrana ödənişlər etmək istəyib.

Almaniya kansleri Angela Merkel Mərkəzi Banka İranın Hindistana satdığı neftin pulunun Tehrana ödənişini dayandırmaq göstərişi verib.

“Media forum” saytının məlumatına görə, hökumət Mərkəzi Banka göstəriş verib ki, qərargahı Hamburqda olan EİH bankı vasitəsilə Tehrana ödənişləri və digər bank əməliyyatlarını dayandırsın.

EİH bankı ABŞ-ın sanksiyalarına məruz qalan xarici banklardan biri sayılır. Hindistan ABŞ-ın İrana qarşı qoyduğu sanksiyalara riayət edərək bu ölkədən aldığı neftin pulunu birbaşa Tehrana göndərməkdən imtina edib. Hindistan İrandan ildə ümumi dəyəri 9 milyard avro olan neft alır.

XS
SM
MD
LG