Accessibility links

50 yaşlı Azərbaycan Alpinizm Federasiyası [Video]


Azərbaycan Alpinizm Federasiyasının veteranları
Azərbaycan Alpinizm Federasiyasının veteranları

Bakıda Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan Alpinizm Federasiyasının 50 illiyinə həsr edilmiş tənənətəli tədbir keçirilib.

Son illər ərzində ilk dəfə 3 nəsil alpinistlərin nümayəndələri: hələ 40-cı illərin sonlarında dağları fəth edənlərdən bu gün dağlara çıxan ən gənclərə qədər hamı bir yerə toplaşmışdı.

Gecənin əsas hissəsi Şahin Hacıyevin Federasiyanın 50 illik yolu, nailiyyətləri, çətinlikləri və problemlərindən bəhs edən “Könlüm dağlardadır” sənədli filminin nümayişi olub.

alpinizm tədbiri
alpinizm tədbiri

Filmdə çoxlarının təhlükəli hesab etdiyi bu idman növünün tarixi, ənənələri və mənası əks oluunub.

Görüş zamanı iştirakçılar həlak olmuş və dünyasını dəyişmiş alpinistləri bir dəqiqəlik sükutla yad ediblər.

Alpinizm veteranlarına və Azərbaycanda bu idman növünün inkişafında və dəstəklənməsində nailiyyətləri və xidmətləri olan idmançılara fəxri diplomlar və nişanlar təqdim edilib.

İlk dəfə hələ 1949-cu ildə dağları fəth edən 82 yaşlı Georgi Silkovun çıxışı təsirli olub.

Tədbir gitaranın müşaiyəti ilə ənənəvi alpinist mahnıları olmadan ötüşməyib. Meyxanaçıların çıxışı yeni ənənə olub. Görünür, tarixdə ilk dəfə bu gün alpinizm haqqında meyxana səslənib.

Tədbir yenə yeni ənənə olan repin ifası ilə yekunlaşıb. Bu repi Azərbaycan alpinistlərinin himni adlandırmaq olar.

Tədbiri bağlayan Federasiya prezidenti, idman ustası İsrafil Aşurlu veteranları və bütün digər iştirakçıları təbrik edib, mövcud çətinliklərin və problemlərin qorxulu olmadığına, alpinistlərin onların öhdəsindən gələcəyinə ümid etdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG