Accessibility links

Qulamrıza Əmaninin ölümünün ikinci ildömümü münasibəti ilə anım mərasimləri keçirilib


Qulamrıza Əmaninin ölümünün ikinci ildömümü münasibəti ilə anım mərasimləri keçirilib
Qulamrıza Əmaninin ölümünün ikinci ildömümü münasibəti ilə anım mərasimləri keçirilib

Azərbaycanın siyasi və mədəni fəalları Təbrizin Maralan məzarlığına gedib mühəndis Qulamrza Əmaninin və Çingiz Bəxtavərin xatirəsini yad edib

Bu yaxınlarda, Təbriz, London, Əskişəhər və bir sıra digər şəhərlərdə, İranın azərbaycanlı insan hüquqları fəalı Qulamrza Əmaninin ölümünün ikinci ildönümü münasibətilə anım mərasimləri keçirilib. Bu barədə çoxsaylı xəbər saytları məlumat yayıb.

“Güney Azbaycan” Portalı saytının bildirdiyinə görə, Təbrizdə Əmaninin anım mərasimi İranın təhlükəsizlik qüvvələrinin təzyiqləri altında keçirilib. “El Dayağı” saytı yazır ki, Azərbaycanın siyasi və mədəni fəalları bəyanat və bildiriş yaymadan Təbrizin Maralan məzarlığına gedib mühəndis Qulamrza Əmaninin və Çingiz Bəxtavərin qəbrləri üstə toplanaraq, oların xatirəsini yadediblər. Xəbərlərdə bildirilir ki, təhlükəsizlik qüvvələrinin təzyiqləri nəticəsində anım mərasimi çox ağır şəraitdə keçirilib. Ancaq xəbər saytları təhlükəsizlik qüvvələrinin oradakı mövcudluğuna baxmayaraq döyülən və ya tutulanların olması haqqında məlumat yaymayıb.

Xatırladaq ki, iki il əvvəl Qulamrza Əmaninin dəfn mərasimi zamanı bir çox siyasi və mədəni fəallar döyülüb və həbs edilmişdi. “Güney Azərbaycan” Xəbər Mərkəzi saytı yazır ki, Türkiyədəki azərbaycanlı qaçqınlar və mühacirlər Əskişəhər və ölkənin digər şəhərlərində anım mərasimləri təşkil edib. "Bizim Təbriz Nyus" saytı bildirir ki, Londonda yaşayan azərbaycanlılar da anım mərasimi keçirdib.

Mərasimdə Əmani və Bəxtavərin fəaliyyəti haqqında çıxışlar edilib, onların şübhəli şərtlər altında baş verən ölümü xatırladılıb. Vaxtaşırı bu iki azərbaycan fəalının ölümünün qəst nəticəsində olduğu barədə fikirlər irəli sürülsə də indiyədək bu iddialar sübut edilməmiş qalır.

Qulamrza Əmani Təbriz Universitetində Kənd Təsərrüfatı sahəsində bakalavr(lisans) dərəcəsi alıb və siyasi hərəkata qoşulub. O GAMOH-un qurucularından və liderlərindən sayılırdı. Siyasi fəaliyyətlətinə görə bir neçə il həbs edilmişdi.

Mərhum Əmani iki qardaşı ilə bərabər, Əhərdən Təbrizə gedərkən, onların avtomobili İranın pasdarlarına (İnqilab Keşikçiləri) məxsus bir yük maşını ilə toqquşub və o bunun nəticəsində yaralanıb. Bəzi mənbələr polis və təcili yardım işçilərinin yaralı Əmaninin Təbriz xəstəxanasına aparılmasını beş saat yubatdıqlarını irəli sürür, ancaq bu barədə də dəqiq məlumat əldə etmək mümkün olmayıb. Hər halda, Azərbaycanlı siyasi və mədəni fəallar Qulamrza Əmanini şəhid sayır.



XS
SM
MD
LG