Accessibility links

AMEA-nın həqiqi və müxbir üzvləri seçilib


Azərbaycan Milli Elmlər Akademiyasının binası

Azərbaycan Milli Elmlər Akademiyasının binası

AMEA-ya 26 həqiqi, 50 müxbir üzv seçilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlüyünə seçkilərin nəticələri elan edilib. Səsvermə nəticəsində AMEA-nın 26 həqiqi və 50 müxbir üzv seçilib. AMEA-nın həqiqi üzvlüyünə 43, müx­bir üzvlüyünə isə 265 nəfər namizədliyini irəli sürmüşdü.

AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, akademik seçkiləri istər hüquqi, istərsə də texniki baxımdan müasir tələb­lə­rə uygun və şəffaf aparılıb.

Yeni seçilmiş akademiklər arasında ictimai mühitdə tanınmış şəxslərdən Asəf Hacıyev, Rasim Əliquliyev, Vaqif Abbasov, Rəfiqə Əliyeva, Adil Qəribov, Kamal Abdulla, Tofiq Hacıyev, Rəfael Hüseynov, Arif Məlikovun adı var. Müxbir üzvlər arasında isə Qurban Yetirmişli, Nuru Bayramov, Muxtar İmanlı, Nərgiz Paşayeva və Gövhər Baxşəliyeva ictimai mühitdə daha çox tanınır.

XS
SM
MD
LG