Accessibility links

ABŞ-ın kəşfiyyat siyasəti dəyişir


ABŞ prezidenti Barak Obama Milli Kəşfiyyat Agentliyinin bəzi casusluq əməliyyatının dayandırılacağını elan edib.

Bu gün açıqlanan bir sıra dəyişikliklərə xarici müttəfiqlərin izlənilməsi və amerikalıların telefon söhbətlərinin dinlənilməsinə ədliyyə sisteminin müdaxiləsinə son qoyulması daxildir.

ABŞ dövlət başçısı deyib ki, hökumət telefon məlumat bazasına malik olacaq, lakin mart ayının sonunda Konqreslə məsləhətləşmələrdən sonra bunun nəzarəti tamamilə başqa bir quruma həvalə edilə bilər.

Obama dəyişikliklər barədə açıqlamanı Milli Kəşfiyyat Agentliyinin sabiq kontraktoru Edvard Snoudenin agentliyin materiallarının kütləvi şəkildə ictimaiyyətə bəyan etməsindən bir neçə ay sonra verib.

Snoudenin Rusiyada sığınacaq tapmasından əvvəl 1.7 milyon məxfi sənədi ələ keçirdiyi deyilir.

Sənədlərin bəzisi Almaniya kansleri Angela Merkel kimi xarici müttəfiq liderlərin telefon danışıqlarının izlənildiyini sübut edib.
XS
SM
MD
LG