Accessibility links

Dörd şəhərdə Amerika Guşələri açılacaq


Fevralın 23-də Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Gəncə, Xaçmaz, Salyan və Kürdəmirdə Amerika Guşələrinin yenidən açılmasına dair Anlaşma Memorandumu imzalayıb.

ABŞ səfirliyinin məlumatına görə, guşələr şəhərlərin mərkəzi kitabxanalarında yerləşir və yerli icmanın nümayəndələrinə İnternetdən və maarifləndirici materiallardan pulsuz istifadə imkanı təqdim edir.

Robert Sekuta və Əbülfəs Qarayev
Robert Sekuta və Əbülfəs Qarayev

“Amerika Guşələri azərbaycanlı gənclər üçün ingilis dilini inkişaf etdirmək, ABŞ mədəniyyəti, cəmiyyəti və insanları haqqında məlumat almaq üçün mükəmməl bir vasitədir. ABŞ iki ölkə arasında qarşılıqlı anlayış qurmaq istiqamətində daim çalışır. Biz sevinirik ki, paytaxtdan kənarda yaşayan gənclər bu cür imkanlardan və proqramlardan tam şəkildə faydalana biləcək. Sizi Amerika Guşələrimizdə gözləyirik!“ ABŞ səfirliyi bildirir.

Xatırladaq ki, 2008-ci ildən başlayaraq Azərbaycanın bir çox regionlarında Amerika Guşələri fəaliyyət göstərirdi. 2014-cü ildə prokurorluqda QHT-lərlə bağlı qaldırlan cinayət işindən sonra bu guşələr bağlanıldı, bir çox ABŞ QHT-ləri ölkəni tərk etdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG