Accessibility links

Amerika hərbçilərinin ailələri Türkiyədən çıxarılır


İncirlik hərbi hava bazası

İncirlik hərbi hava bazası

Birləşmiş Ştatlar təhlükəsizlik səbəbi ilə Amerika hərbçilərinin ailələrinin Türkiyədən çıxarılması haqda qərar verib.

Pentaqon və Dövlət Departamenti bildirib ki, regionda təhlükəsizliklə bağlı narahatlıqlara görə hərbi missiyanın rəhbərinə birbaşa tabe olmayan hərbçilərin ailələrinin İncirlik hərbi hava bazası, İzmir və Muğla şəhərlərindən çıxarılması haqda qərar verilib.

ABŞ Müdafiə nazirliyi və Dövlət Departamentinin birgə açıqladıqları bəyanatda bildirilir ki, bu qərar həmin yerlərə ailə ilə birlikdə ezamiyyətlərin sona çatdırılması demək deyil.

Bu addımın əsas məqsədi ailə üzvləri də daxil olmaqla, Müdafiə nazirliyinin personalı və elementləri üçün riskin azaldılması ilə yanaşı, ABŞ hərbi qüvvələri və onun Türkiyədə əməliyyatlara dəstək missiyasının effektivliliyinin saxlanılmasından ibarətdir.

Bəyanatda deyilir ki, İncirlik hərbi hava bazası İslam Dövləti qrupuna qarşı ABŞ və Türkiyənin əməliyyatlarında əsas rol oynamağa davam edəcək.

XS
SM
MD
LG