Accessibility links

Amerika səfirliyi narıncı inqilab ittihamını təkzib edir


Amerika səfirliyi narıncı inqilab ittihamını təkzib edir

Amerika səfirliyi narıncı inqilab ittihamını təkzib edir

Son həftə rusiyalı Heydər Camal və gürcüstanlı İosif Şatberaşvili bildirib ki, Gürcüstan Təhlükəsizlik Şurasının rəhbəri Georgi Bokeriya və prezident Saakaşvilinin timsalında Gürcüstan rəhbərliyi, həmçinin ABŞ-ın Bakıdakı səfiri Metyu Brayza Azərbaycanda narıncı inqilabın hazırlanmasına cəlb olunublar.

Səfir Metyu Brayzanın Gürcüstan prezidenti ilə birgə Azərbaycanda narıncı inqilab hazırlaması barədə fikirlər absurddur. Bu barədə Amerikanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Keys Bin rusiyalı politoloq Heydər Camal və Gürcüstan Leyboristlər Partiyasının sədri İosif Şatberaşvilinin bəyanatını Amerikanın Səsi radiosuna şərh edərkən deyib.
Son həftə hər iki siyasətçi qəribə bəyanatlarla çıxış edərək bildiriblər ki, Gürcüstan Təhlükəsizlik Şurasının rəhbəri Georgi Bokeriya və prezident Saakaşvilinin timsalında Gürcüstan rəhbərliyi, həmçinin ABŞ-ın Bakıdakı səfiri Metyu Brayza Azərbaycanda narıncı inqilabın hazırlanmasına cəlb olunublar.
Heydər Camal və İosif Şatberaşvili bir qayda olaraq rusiyapərəst mövqeyi ilə fərqlənib.

XS
SM
MD
LG