Accessibility links

Amerika Transxəzər kəmərini siyasi və diplomatik cəhətdən dəstəkləyir


Amerika Transxəzər kəmərini siyasi və diplomatik cəhətdən dəstəkləyir

Amerika Transxəzər kəmərini siyasi və diplomatik cəhətdən dəstəkləyir

Amerika səfiri hesab edir ki, kəmərlərin şaxələndirilməsi Amerikanın Avropa və Azərbaycan müttəfiqinin təhlükəsizliyinin təminatına töhfədir. “Bizim müttəfiqlərimizin təhlükəsizliyinin təmin olunması isə regionda maraqlarımızın həyata keçirilməsinə imkan yaradır”.

“Amerika Transxəzər qaz kəməri layihəsini siyasi və diplomatik cəhətdən dəstəkləyir. Biz artıq 10 ildir ki, Avropa müttəfiqlərimizi kəmərlərin şaxələndirilməsinin vacibliyi istiqamətində inandırmada davam edirik”. Bunu bu gün Avropa otelində Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüş zamanı Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza bildirib.
Onun fikrincə, kəmərlərin şaxələndirilməsi Amerikanın Avropa və Azərbaycan müttəfiqinin təhlükəsizliyinin təminatına töhfədir: “Bizim müttəfiqlərimizin təhlükəsizliyinin təmin olunması isə regionda maraqlarımızın həyata keçirilməsinə imkan yaradır”. Səfirin fikrincə, Transxəzər qaz kəmərinin çəkilməsində Azərbaycan və Türkmənistan Avropa ilə münasibətləri barədə özləri müstəqil şəkildə qərar verəcək: “Nə qədər təsir, təzyiq olsa, hətta qoşun belə göndərilsə, Avropa ilə münasibətlərini Azərbaycan və Türkmənistanın özü müəyyən edəcək. Amerika hesab edir ki, Transxəzər layihəsi çox uğurlu layihə olacaq. Bu, Amerikanın siyasi və diplomatik dəstəyidir. Cənub dəhlizi inkişaf edəcək. Eyni zamanda, maliyyə dəstəyinə gəlincə, rəqabət şəraitində Avropa, Azərbaycan və Türkmənistan kommersiya şərtlərini şirkətlərlə müəyyən edəcək”, - səfir vurğulayıb.

XS
SM
MD
LG