Accessibility links

Azərbaycanda Amerika Günləri festivalı başlayıb [Video]


Azərbaycanda Amerika Günləri festivalı
please wait

No media source currently available

0:00 0:02:29 0:00

Azərbaycanda Amerika Günləri festivalı

Festival martın 14-dək davam edəcək

Azərbaycanda Amerika Günləri festivalı başlayıb. Açılış mərasimi martın 10-da Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksinin Amerika mərkəzində olub.

Mərasimdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı Səməd Seyidov çıxış edib.

Səməd Seyidov Azərbaycan-ABŞ diplomatik və mədəni əlaqələrinin daim inkişafda olduğunu bildirib. O dillərin içərisində ən ali dilin demokratiya, insanlıq, inkişaf, mədəniyyət, təhsil dili olduğunu vurğulayıb. Sərgidə göstəriləcək rəsm əsərlərinin Amerika mərkəzinin Azərbaycanda nüfuzunu yüksək səviyyəyə qaldıracağını, ABŞ haqqında məlumatı daha geniş auditoriyaya çatdıracağını, həmçinin iki ölkəni bir-birinə daha da yaxın edəcəyini vurğulayıb.

Azərbaycanda Amerika Günləri
Azərbaycanda Amerika Günləri

ABŞ səfiri Robert Sekuta festivalın keçirilməsinin əsas məqsədinin çoxçeşidli, rəngarəng və zəngin ABŞ mədəniyyətinin nümunələrini təqdim etmək olduğunu deyib.

Günün sonunda açılış mərasimi Nizami Kino Mərkəzində davam edib. Burada Azərbaycanın hökumət rəsmisi, müxalifət nümayəndələri, ictimaiyyətin təmsilçiləri, diplomatlar iştirak edib.

Səfir Sekuta bildirib ki, festivalın əsas məqsədi iki xalqın nümayəndələrini bir araya gətirməkdir.

“Ölkələrimiz arasında əlaqələrin güclənməsi ilə yanaşı, alimlər, tələbələr, ziyalılar, jurnalistlər, musiqiçilər, ictimai xadimlər arasında da əlaqələr genişlənməlidir”.

Biz sadə insanlarımız arasında əlaqələrin də güclənməsini istəyirik. Festivalın da məqsədlərindən biri budur. Robert Sekuta

Səfir iki ölkə arasında akademik əlaqələr, biznes əlaqələrinin mövcudluğunu xatırladıb.

“Azərbaycanlılar mütəmadi olaraq ABŞ-a səfərlər edir. Biz sadə insanlarımız arasında əlaqələrin də güclənməsini istəyirik. Festivalın da məqsədlərindən biri budur. Amerikalılar Azərbaycan mədəniyyəti, tarixi, insanları ilə tanış olur. Azərbaycanlılar da Amerika tarixi, ictimaiyyəti ilə tanış olur”.

Cənab Sekuta Azərbaycan və Amerikanı birləşdirən ortaq dəyərlərdən də danışıb.

“Bizi birləşdirən müştərək dəyərlər tolerantlıq və dözümlülükdür”, o qeyd edib.

Biz özümüzün ən sərt tənqidçisiyik.

Robert Sekuta

ABŞ səfiri ölkəsinin uğurları ilə bərabər uğursuzluqlarının olduğunu da bildirib.

“Biz uğursuzluqlarımızdan necə nəticə çıxarıb uğur qazandığımızdan danışacağıq. Amerikalının özünə qarşı tənqidi olmasından böyük vətənpərvərliyi ola bilməz. Bizi güclü edən özümüzün özümüzə verdiyimiz suallardır. Biz özümüzün ən sərt tənqidçisiyik”, cənab Sekuta qeyd edib.

Azərbaycanda Amerika Günləri
Azərbaycanda Amerika Günləri

Amerika Günləri festivalı martın 14-dək davam edəcək. Festival çərçivəsində canlı musiqi ifaları, Amerika mətbəxi nümunələrinin nümayişi, incəsənət sərgiləri, Hindu qrupunun rəqsləri, film nümayişləri, uşaqlar üçün proqramlar və digər tədbirlər nəzərdə tutulub. Proqramın əsas hissəsi Bakıda təşkil olunub, bundan əlavə Azərbaycanın bölgələrində də proqramlar həyata keçiriləcək. Bütün tədbirlər ictimaiyyət üçün açıqdır və giriş pulsuzdur.

XS
SM
MD
LG