Accessibility links

ABŞ üzgüçüsü Kubadan Amerikanın Florida yarımadasına üzmək üçün beşinci və sonuncu cəhdini həyata keçirməyə çalışır.

Dünən gecə 64 yaşlı Dayana Nyadın komandası onun bloqunda yazıblar ki, 166 kilometrlik məsafənin 14 saatını geridə qoyan xanım Nyad hələlik heç bir problemlə üzləşməyib.

Bundan əvvəlki cəhdi zamanı meduzanın onu sancması Dayana Nyadın planını yarımçıq dayandırması ilə nəticələnmişdi. Ancaq bu dəfə o, xüsusi silikon müdafiə maskasına etibar edir.

Avstraliyalı üzgüçü Suzi Maroni Florida boğazını üzərək keçən yeganə şəxsdir. 1997-ci ildə o, xüsusi qəfəs içərisində üzərək buna nail olmuşdu.
XS
SM
MD
LG