Accessibility links

Amerikanın Səsi qısa dalğalarda yayımını dayandırıb [Anons]


Radio dinləyicilərimiz nəzərinə çatdırırıq ki, 2014-cü il iyul ayının 1-dən etibarən Amerikanın Səsinin Azərbaycan Xidməti qısa dalğalarda yayımını dayandırıb.

Amerikanın Səsinin Azərbaycan xidməti müəyyən fasilələr istisna olmaqla 1952-ci ildən fəaliyyət göstərir. Sovet İttifaqı 1991-ci ildə dağılanadək Amerikanın Səsinin Azərbaycan xidmətinin verilişləri qısa dalğalı radiolarda yayımlanırdı. Bundan sonra Amerikanın Səsi Azərbaycanda meydana çıxan FM radiosunda və bir müddət ANS TV və AZTV-də verilişlər yayımladı. 2008-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin fərmanına əsasən xarici yayım şirkətləri Azərbaycanın yerli dalğalarından xaric edildikdən sonra Amerikanın Səsi öz verilişlərini İnternetdə (www.amerikaninsesi.org) və peyk televiziyasında (Hotbird) və yenidən qısa dalğalarda yayımlayırdı. 2014-cü ilin iyul ayının 1-dən etibarən radio proqramların qısa dalğalarda yayımı dayandırılsa da, proqramlar veb səhifədə və peykdə yayımlanmağa davam edir.

XS
SM
MD
LG