Accessibility links

Amerikanın Səsində yeni bloqlar bölməsi açıldı!!!


Dilşad Əliyarlı və Əsgər Möhsümoğlu ilə yazışın, fikirlərinizi bölüşün!

Amerikanın səsinin vebsaytında ilk dəfə olaraq bloqlar bölməsi açılıb. Bloqların məqsədi xidmətimizin əməkdaşları Dilşad Əliyarlı və Əsgər Mövsümoğlu ilə oxucularımız arasında birbaşa və mütəmadi təmas qurmaq, oxucularımızda maraq doğuran mövzular ətrafında interaktiv diskussiyalar aparmaqdır. Sizin bloqlarda aktiv iştirakınız və rəyləriniz bizim üçün son dərəcə önəmlidir.

Amerikanın Səsində yeni bloqlar bölməsi açıldı!!!

Amerikanın Səsində yeni bloqlar bölməsi açıldı!!!

Dilşad Əliyarlının “Diaspor” bloqu Amerikada yaşayan azərbaycanlıların həyatını işıqlandırır və Amerikada Azərbaycanla bağlı tədbirlər haqda dəyərli məlumatları bölüşür. Amerikada yaşayan azərbaycanlıların sayı gündən-günə artır və bununla bərabər Amerikada Azərbaycana olan maraq da genişlənir. Ümid edirik ki, “Diaspor” bloqu sizə həm də Amerikada yaşayan Azərbaycan icması ilə tanış olmaq imkanı yaradsın. Bloq öz fəaliyyətini sizin maraqlarınız və suallarınız ətrafında planlaşdırır. Bloqa bu linkdən daxil ola bilərsiniz:

http://blogs.voanews.com/azerbaijani/azerbaijani-diaspora/


Əsgər Möhsümoğlunun moderatoru olduğu “Vaşinqtonun Nəbzi” bloqu Amerikanın daxili siyasəti və Amerikada xarici siyasətlə bağlı ictimai rəy formalaşdıran görkəmli şəxsiyyətlərin fikirlərinə yer verir.

Amerikanın Səsində yeni bloqlar bölməsi açıldı!!!

Amerikanın Səsində yeni bloqlar bölməsi açıldı!!!

Bəzən Amerikada xarici ölkələr haqda yanlış təsəvvür yarandığı kimi, xaricdə də Amerika haqda yanlış, reallıqla əlaqəsi olmayan düşüncələr dolaşır. “Vaşinqtonun Nəbzi” demokratiyanın beşiyi sayılan Amerikada qızğın siyasi proseslər barədə məlumatları, habelə Amerikada dünyanın müxtəlif bölgələrində cərəyan edən proseslər barədə ictimai debatları oxuyucularımızla bölüşür. Əsgərin bloqu bu növ məlumatlar əsasında azərbaycanlı oxuyucularımız arasında debatlara vasitəçilik edəcək. Əsgər Möhsümoğlu bloqun fərqli fikirlərin mübadiləsi üçün sərbəst platforma kimi tezliklə az rast gəlinən informasiya mənbəyinə çevriləcəyi fikrindədir. Bloqa bu linkdən daxil ola bilərsiniz:

http://blogs.voanews.com/azerbaijani/washington-pulse/

XS
SM
MD
LG