Accessibility links

Amnesty İnternational: İlqar Məmmədov dərhal azad edilməlidir


Azərbaycan hökuməti beynəlxalq tələblərə riayət etməli və məşhur müxalifətçi İlqar Məmmədovu dərhal azad etməlidir. Bu barədə Amnesty İnternational-ın bəyanatında deyilir. Bu bəyanat Avropa Şurası Nazirlər Komitəsinin analoji çağırışından sonra qəbul olunub.

Azərbaycan hakimiyyəti saxta ittihamlarla 7 il müddətinə azadlıqdan məhrum edilmiş Məmmədovun azad edilməsi haqqında çoxsaylı çağırışlara məhəl qoymur. Avropa İnsan Hüquqları Məhkəməsi Məmmədovun heç bir dəlil olmadan saxlanıldığı, həbsinin əsl məqsədinin isə onu susdurmaq və hökumətin tənqidinə görə cəzalandırmaq olduğu haqqında qərar verib.

“Prezident İlham Əliyev Avropa Şurası qarşısında çıxış edərkən ölkəsində ifadə, birləşmək və toplaşmaq azadlıqlarının təmin edilməsini söyləməyi özünə eyib bilməyib. Bütün bunlar boş sözlərdir, hakimiyyət insanları həbsə atmaqda davam edir və İlqar Məmmədovu azad eməkdən imtina edir”, deyə bəyanada bildirilir.

Vəkil iddia edir ki, Məmmədova həbsxanada daim təzyiq göstərilir ki, o, prezident Əliyevə əvf ərizəsi yazsın. Lakin Məmmədov bundan qəti imtina edir.

İlqar Məmmədov 4 fevral 2013-cü ildə İsmayıllı şəhərində kütləvi zorakılığa təhrik etmək ittihamı ilə həbs edilib.

O, 7 il müddətinə azadlıqdan məhrum edilib. Lakin 2014-cü ilin mayında Avropa İnsan Hüquqları Məhkəməsi həbsin Avropa İnsan Hüquqları Konvensiyasına zidd olduğu barədə qərar verib. Məhkəmənin qərarı 13 oktyabr 2014-cü ildə qanuni qüvvəyə minib. Strasburq Məhkəməsi Azərbaycan hökumətinin apellyasiyasını təmin etməyib. Avropa Şurası Nazirlər Komitəsi 4 dekabr 2014-cü ildə onun “təxirə salınmadan” azad edilməsini tələb edib. Bu tələbə məhəl qoyulmayıb

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG