Accessibility links

Amnesty İnternational-ın əməkdaşları Azərbaycana buraxılmayıb


Amnesty International

Amnesty International

Oktyabrın 7-də Azərbaycana gələn Amnesty International təşkilatının iki əməkdaşı Bakı aeroportunda saxlanılıb, sonra deportasiya edilib.

Amnesty International-ın bəyanatında bu, qarşıdakı parlament seçkiləri ərəfəsində söz azadlığının “ciddi pozulması” kimi qiymətləndirilir. Əməkdaşların adları açıqlanmır, lakin onların Gürcüstan vətəndaşları olduqları bildirilir.

“Miqrasiya rəhbərliyi öncə onların pasportlarını alıb, bir neçə saatdan sonra deportasiya edib”, - bəyanatda deyilir.

“Amnesty International onların səfəri barədə ölkə hakimiyyətinə məlumat vermişdi, lakin cavab almamışdı”, - sənəddə qeyd olunur.

“Parlament seçkiləri öncəsi Azərbaycan hakimiyyətinin xarici aləmdən gizlətməyə çalışdığı qaranlıq sirləri nədir?” təşkilatın Avropa və Mərkəzi asiya proqramı üzrə direktoru Con Dahluzen bildirib.

“Hüquq-müdafiə təşkilatının əməkdaşlarının deportasiyası öz işinə görə saxlanılan, həbs edilən və hədəfə çevrilən jurnalist və humanitar təşkilatların nümayəndələrinin siyahısna əlavədir”, o vurğulayıb.

Amnesty International xatırladır ki, bu, ikinci belə hadisədir. Bu ilin iyununda Avropa Oyunları ərəfəsində təşkilatın nümayəndələri ölkəyə buraxılmayıb.

Sənəddə qeyd olunur ki, Azərbaycanda hökuməti tənqid etdiyinə görə ən azı 20 vicdan məhbusu var. Onlar xuliqanlıq, vergidən yayınma, narkotik maddənin saxlanması kimi uydurma ittihamlarla həbs olunublar. Onların çoxu həbs təhlükəsindən ehtiyatlanaraq ölkəni tərk etməyə məcbur olub. Demək olar ki, ölkədə azad media qalmayıb.

XS
SM
MD
LG