Accessibility links

Ana südü intellekti yüksəldir


Son tədqiqatların nəticələrinə görə, ana südü ilə daha uzun müddət qidalanan uşaqların intellektual səviyyəsi yüksək olur.

Boston Uşaq Xəstəxanasının alimləri 13 uşaq üzərində araşdırma aparıb. Ən kiçiyi üç yaşında olan uşaqlar arasında dillləri başa düşmək qabiliyyəti yoxlanılıb.

Ana südündən başqa heç bir yemək qəbul etməyən uşaqların göstəriciləri 2.5 faiz yuxarı olub.

Tədqiqatlara rəhbərlik edən doktor Mendi Braunun dediyinə görə, göstəricilərin səviyyəsi ana südü qəbul edən uşaqların qidalandığı müddətdən asılı olub.

Alimlərin bildirdiyinə görə, həftədə iki və ya üç dəfə balıq yeyən anaların uşaqlarının gözlərinin hərəkəti və izləmə qabiliyyəti daha yaxşıdır. Lakin alimlər ana südünün nəyə görə intellektual qabiliyyəti gücləndirdiyini bilmir.

Alimlər ana südündə olan maddələrin buna təsir etdiyini ehtimal edir. Bunun hansı maddə olduğu hələ aşkar edilmədiyinə görə, onlar uşaq formulalarına əlavə edilməyib.

Digər bir izahat uşaqla ana arasındakı təmas ola bilər. Alimlər bu faktorun da uşağın inkişafına xidmət etdiyini düşünür.
XS
SM
MD
LG