Accessibility links

Angela Merkelin Hindistan səfəri gecikdirilib

  • Amerikanın səsi

Angela Merkelin Hindistan səfəri gecikdirilib

Angela Merkelin Hindistan səfəri gecikdirilib

Almaniya kansleri Angela Merkelin Hindistan səfəri gecikdirilib. Buna İranın onun təyyarəsi üçün hava məkanını bağlaması səbəb olub. Almaniya rəsmilərinin bildirdiyinə görə, xanım Merkelin təyyarəsi Türkiyə səmalarında iki saat dövrə vurmalı olub. Almaniya Berlindəki İran səfirinə etiraz notası verib. Almaniyanın xarici işlər naziri Guido Vestervell deyib ki, İranın kanslerin uçuşuna mane olması qəbuledilməzdir və bu, Almaniyaya qarşı hörmətsizlikdir. İranın uçuşa yol verməməsinin səbəbləri bəlli deyil. Angela Markel Dehliyə axşam çatıb.O, Hindistnaın baş naziri Manmohan Singhlə əks-terrorizm və Əfqanıstan müharibəsini müzakirə edib. Almaniya ilin axırında keçiriləcək Əfqanıstan konfransına ev sahibliyi edəcək.

XS
SM
MD
LG