Accessibility links

AŞPA rəhbəri Kazanda Qarabağ nizamlanması üzrə razılaşma olacağına ümid edir


AŞPA rəhbəri Kazanda Qarabağ nizamlanması üzrə razılaşma olacağına ümid edir

AŞPA rəhbəri Kazanda Qarabağ nizamlanması üzrə razılaşma olacağına ümid edir

AŞPA-nın bu ilin yanvarında keçirilən sessiyasında Dağlıq Qarabağ üzrə Altkomitənin işini bərpa etmək qərara alınıb. 2008-ci ildə Altkomitənin sədri Rassel-Constonun vəfatından sonra onun fəaliyyəti dayandırılmışdı.

Turan Agentliyinin məlumatına görə, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) rəhbəri Mövlud Çavuşoğlu Qarabağ münaqişəsi üzrə iyunun 24-də keçiriləcək sammitdə problemin həlli ilə bağlı razılaşma əldə olunacağına ümid etdiyini bildirib. “Ümid edirəm ki, Azərbaycan və Ermənistan prezidentləri Rusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Kazanda keçiriləcək növbəti görüşdə münaqişənin nizamlanması üzrə sənəd imzalayacaqlar”, - deyə cənab Çavuşoğlu AŞPA-nın yaz sessiyasının açılışı ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Qarabağ münaqişəsinin nizamlanmasında AŞPA-nın roluna toxunan sədr qeyd edib ki, assambleyanın bu ilin yanvarında keçirilən sessiyasında AŞPA-nın Dağlıq Qarabağ üzrə Altkomitəsinin işini bərpa etmək qərara alınıb.
Xatırladaq ki, 2008-ci ildə Altkomitənin sədri Rassel-Constonun vəfatından sonra onun fəaliyyəti dayandırılmışdı.
Cənab Çavuşoğlu qeyd edib ki, AŞPA ATƏT-in Qarabağ nizamlanması üzrə Minsk qrupunun işini əvəz etmək niyyətində deyil. “Altkomitənin missiyası məsələnin humanitar tərəfi ilə məşğul olmaq və AŞPA-da Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında dialoq qurmaqdan ibarətdir”, - deyə 0 bildirib. Qeyd edək ki, bu ilin yanvarında Altkomitənin fəaliyyəti bərpa edilib və İspaniyadan olan deputat Jordi Ukla i Kosta (Jordi Xucla i Costa) onun yeni sədri tyəyin edilib.

Dağlıq Qarabağ üzrə Altkomitə 2005-ci ilin yanvarında deputat Lord Atkinsonun məruzəsi əsasında AŞPA-nın 1416 saylı qətnaməsinə uyğun olaraq yaradılıb. Qətnamədə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktı etiraf olunur və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi zərurəti qeyd edilirdi.
Altkomitənin ilk sədri britaniyalı deputat lord Rassel-Conston olub. Altkomitə AŞPA sessiyaları çərçivəsində görüşlərdən başqa heç bir real iş görməyib. Xüsusən, azərbaycanlı və erməni deputatların regiona birgə səfəri ideyası həyata keçirilməyib. Rassel-Constonun ölümündən sonra Altkomitənin fəaliyyəti dayandırılmışdı.

XS
SM
MD
LG