Accessibility links

Barak Obamanın atabir qardaşı yeni kitabını təbliğ edir


Barak Obamanın atabir qardaşı yeni kitabını təbliğ edir
Barak Obamanın atabir qardaşı yeni kitabını təbliğ edir

Birləşmiş Ştatlar prezidenti Barak Obamanın atabir qardaşı Mark Ndesandjo özünün yarı avtobioqrafik novellalar kitabını bu həftə Çinin maliyyə mərkəzi Şanxayda təşviq edir. Ndesandjonun “Nairobidən Şenjenə” adlı bu kitabında Keniyada anadan olmuş və zülmkar ataya malik gəncin həyatından bəhs edilir.

Ndensandjo hal-hazırda Çinin cənubi Şenjen şəhərinin sakinidir və oradakı yardım təşkilatında layihə məsləhətçisidir. Mark Ndensanjo prezident Obamanın atası Barak Obamanın üçüncü həyat yoldaşından olan oğludur. Prezident Obamanın atası 1982-ci ildə Keniyada maşın qəzasında həlak olub.

.

XS
SM
MD
LG