Accessibility links

Araz Elsəs: Haqlarımıza qovuşmayınca sazımın telləri bağıracaq


Araz Elsəs: Sazımla savaş meydanındayam
please wait

No media source currently available

0:00 0:09:57 0:00

Bu həftə İsveç Akademiyası amerikalı musiqiçi, bəstəkar və şair Bob Dilanı 2016-cı il ədəbiyyat üzrə nobel mükafatı ilə təltif edib. Bununla İsveç Akademiyası populyar musiqidə ictimai mövzunun önəminə diqqət çəkib. Güneyli musiqiçi və müğənni Araz Elsəs öz yaradıcılığında ictimai mövzunu önə çəkərək, yeniliyə xüsusi diqqət verdiyini deyir. Onun mahnıları İran Azərbaycanı, Azərbaycan və Türkiyədə populyar olmaqla yanaşı, güneyli milli fəallar tərəfindən böyük rəğbətlə qarşılanır. Araz Elsəs Amerikanın Səsinin “Amerika icmalı” proqramında yaradıcılığında ictimai mövzunun əhəmiyyəti, musiqiçinin cəmiyyətdə rolu və missiyasından danışıb.

Araz Elsəs ziyalıların və sənət adamlarının cəmiyyətdə mövcud problemlərdən haqda danışmasının vacibliyini vurğulayıb.

Mən İran Azərbaycanında Sulduzda anadan olmuşam. Orada mənim öz dilim yasaqdır. Mənim məmləkətimdə 30 milyon insanın dilində məktəbi yoxdur.
Araz Elsəs

“Amma təəssüflər olsun ki, müasir problemlər haqda danışan çox az sayda sənətçi, şair və yazarlar var. Bunların çox olması lazımdır, çünki cəmiyyətimizdə olan problemləri gündəmə gətirmək, onlardan söz açmaq böyük bir məsuliyyətdir. Ən çox məsuliyyət də bizim sənətçilərin, yazarların, şairlərimizin, aydınlarımızın üzərinə düşür.”

Araz Elsəs öz yaradıcılığında yeniliyə, musiqidə novatorluğa üstünlük verən sənətçilərdən hesab edilir. Onun sözlərinə görə, sənətçi zamanla ayaqlaşmalı, zamandan geri qalmamalıdır. Bir musiqiçi kimi o, gənclərin yenilik istəyinə diqqət verdiyini deyib. “Sazda yeni üslubda çalmağa başladım, saz üçün yeni üslubda parçalar yazdım. Müəllimim olmadığı üçün içimdən gələn durğuları dilə gətirməyə başlamışam...Çalışmışam hər zaman yeni bir söz, yeni üslub olsun.”

Bütün haqlarımız, əlimizdən alınan haqlarımız əldə olunmaya qədər mənim boğazım, mənim sazımın telləri ancaq bu problemləri bağıracaq.
Araz Elsəs

Araz Elsəs mahnılarında siyasi mövzulara toxunması ilə bağlı ona yönələn tənqidlərdən danışıb. “Əslində, bunlar siyasət deyil. İnsan azadlığı, söz azadlığı, bizim məmləkətimizdə, yurdumuzda olan problemlər var. Biz yaşamaq istəyirik, azad insan kimi doğulmuşuqsa, azad yaşamaq istəyirik...Mən İran Azərbaycanında Sulduzda anadan olmuşam. Orada mənim öz dilim yasaqdır. Mənim məmləkətimdə 30 milyon insanın dilində məktəbi yoxdur. Təbii burada fundamental haqlarımızdan danışdığımız zaman, onları sazın telləri ilə bağırdığımız zaman təbii onda siyasi damğa vuracaqlar bunlara. Təbii bunlar olacaq. İndiyə qədər olub, bundan sonra da olacaq. Bütün haqlarımız, əlimizdən alınan haqlarımız əldə olunmaya qədər mənim boğazım, mənim sazımın telləri ancaq bu problemləri bağıracaq.”

Araz Elsəs amerikalı bəstəkar, musiqiçi və şair Bob Dilanın Nobel mükafatına layiq görülməsini böyük məmnunluq hissi ilə qarşıladığını və bu janrda musiqiyə verilən dəyər kimi qiymətləndirdiyini deyib. Onun sözlərinə görə, Bob Dilanın belə prestijli mükafata layiq görülməsi dünyanın başqa ölkələrində bu janrda musiqi ifa edən sənətçilər üçün tənqiddən çəkinməmək və öz sözünü deməyə davam etdirməyin vacibliyi haqda bir mesajdır.

“Haqq sözü demək lazımdır. Doğrunu demək lazımdır. Doğrunun tərəfini tutmaq lazımdır. Əyrini demək lazımdır. Millətə göstərmək lazımdır: bu, əyridir, bu, doğrudur, bu, ağdır, bu, qaradır. Arada yeyib, arada gəzməklə bir şey çıxmaz. Onda biz borcumuzu yetirmirik bir sənətçi olaraq, bir musiqiçi olaraq.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG