Accessibility links

Sent-Ceyms Londonun məşhur eksklüziv daşınmaz əmlak yeridir. Bina 1845-ci ildə tikilib və 2003-cü ildə təmir edilib

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) dekabrın 17-də Londonda daşınmaz əmlak alındığını elan edib. Belə ki, 177. 350 mln. funta ARDNF Vest-Enddə Sent-Ceyms 78 ünvanında ofis kompleksi alıb.

Sent-Ceyms Londonun məşhur eksklüziv daşınmaz əmlak yeridir. Bina 1845-ci ildə tikilib və 2003-cü ildə təmir edilib, “A” sinfi ofis binalarına uyğundur, deyə ARDNF-nin məlumatında bildirilir.

Ofisin ümumi sahəsi 11 018 kv metr təşkil edir və 2023-cü ilədək HSBC Bank-ın icarəsindədir. İllik icarə gəliri 9650 min funt, xalis başlanğıc gəliri illik 4,5% təşkil edir, deyə ARDNF icraçı direktoru Şahmar Mövsümov bildirib.

1 dekabr 2012-ci ilə olan məlumata görə, ARDNF aktivləri 33,8 mlrd. dollardan çox təşkil edib. Bu əmlakın alınması prezidentin 27 oktyabr 2011-ci il tarixli ARDNF aktivlərinin idarə edilməsi qaydalarına dəyişikliklər haqqında fərmanına uyğun olaraq həyata keçirilib.

Belə ki, hər bir maliyyə aləti üçün maksimum limit 5% olmaqla, investisiya portfelinin ümumi dəyərinin 5%-i qızıla, aksiyaya və daşınmaz əmlaka yatırıla bilər.

Müstəqil ekspertlər ARDNF-nin daşınmaz əmlak almasının cəlbedici olduğunu düşünür.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu Turan agentliyinə bildirib ki, Neft Fondunun Londonda 177 milyon funt-sterlinq dəyərində mülk alması qanunidir.

O, iki il öncəyə qədər Fondun investisiya yatırımı etməyə, bazarlarda aktivlər almağa hüquqi əsasının olmamasını nəzərə çatdırıb. Amma 2011-ci ildə Fondun fəaliyyətini tənzimləyən hüquqi- normativ sənədlərə edilən dəyişikliklərdən sonra qurum investisiya yatırımı etmək, qiymətli metallar, aktivlər, daşınmaz əmlak almaq hüququ qazanıb.

“Amma bu prosesin nə dərəcədə şəffaf olması, ödənilən dəyərin alınan mülkə adekvat olub-olmaması xüsusi araşdırma tələb edir”, Q.İbadoğlu vurğulayıb.

İqtisadçı Zöhrab İsmayıl Neft Fondunun Londonda daşınmaz əmlak almasının cəlbedici göründüyünü, amma Fondun bu siyasətinin yanlış olduğunu deyib.

“Bu həm də neft pullarının bundan sonra daşınmaz əmlak alınmasına sərf ediləcəyindən xəbər verir. Bu məsələdə iqtisadi idarəetmə yox, alverçi psixologiyası özünü daha qabarıq göstərir”, Z.İsmayıl qeyd edib.
XS
SM
MD
LG