Accessibility links

Ariel Şaron - Döyüşçüdən dövlət xadiminə çevrilən lider [Video]


Ariel Şaron - Döyüşçüdən dövlət xadiminə çevrilmiş şəxisyyət
please wait

No media source currently available

0:00 0:03:35 0:00
Ariel Şaron döyüşçüdən dövlət xadiminə çevrilmiş şəxsiyyət idi. İsrail dövləti qurulandan bəri, 1973-cü ilin Yom Kipur döyüşləri də daxil edilməklə, cənab Şaron bütün müharibələrdə şücaətli bir əsgər kimi tanınıb. O, Misirin üçüncü ordusunun qarşısını almaq üçün bacarıqlı taktikası ilə İsrail ordusunu Süveyş kanalından keçirə bilib.

O, həmçinin özünün qəddarlığı və tədbirsizliyi ilə də tanınırdı. Şaronun başçılıq etdiyi ordunun 1982-ci ildə Livana daxil olması lokal hərbi dəstələrin Beyrutdakı Səbra və Şatila qaçqın düşərgəsində fələstinliləri qırması ilə nəticələndi.

Birləşmiş Ştatların Yaxın Şərq üzrə sabiq müzakirəçisi Denis Ross deyir ki, cənab Şaronu hərbi təcrübə formalaşdırmışdı. “O inanırdı ki, İsrail üçün sülh yalnız onda mümkün ola bilər ki, qonşuları İsrailin hərbi qüdrətinə hörmət etsin.”

Bir siyasətçi kimi də Ariel Şaron mübahisəli idi. Nazirlər Kabinetinin üzvü olaraq o, yəhudilərin Fələstin ərazilərində məskunlaşması məsələsində əlidən gələni edirdi.

Fələstinli alim Şükrü Abid deyir ki, bu səylər Şarona ərəblər arasında dərin nifrət qazandırmışdı. “Ən azı ona inam yox idi. Güclü olduğu üçün, yəduhilərin məskunlaşmasının tərəfdarı olduğu üçün ona nifrət edirdilər. O, bu təşəbbüsün atası idi.”

Şaronun 2000-ci ildə müqəddəs Həram Əl-Şərif dağına gedən qrupa başçılıq etməsi Qüdsdə fələstinlilərin qəzəbinə və ikinci İntifadaya səbəb oldu.

Ariel Şaron 2001-ci ildə baş nazir oldu. Onun başçılıq etdiyi hökumət bir neçə ildə artan qiyamları yatırdı və hazırda da istifadəyə verilmiş İsraillə Fələstin arasındakı səddi çəkdi.

Xalqını qorumaq üçün sərtlik nümayiş etdirən bir insan kimi Şaron çətin addımlar da atırdı. 2005-ci ildə fələstinlilərlə sülh əldə etmək üçün o, İsrail qoşunlarının və məskunlaşmış yəhudilərin Qəzza zolağını tərk etməsinə göstəriş verdi. “Bu məskunlaşmaların yiğışdırılması İsraillə fələstinlilər arasında təmasın aradan qalxmasına yardımçı olacaq” - deyə, cənab Şaron bildirdi.

Ariel Şaron sərtxətt təmayüllü Likud partiyasını mərkəzçi Kadima partiyası yaratmaq üçün tərk etdi. Nəticədə müstəqil Fələstin dövləti yaradılması yolunda ardıcıl, lakin nəticəsiz sülh danışıqlarına başlanıldı.

2006-cı ildə cənab Şaron bir neçə dəfə iflic keçirdi və komaya düşdü. Onu baş nazir postunda Ehud Olmert əvəzlədi. Vegetativ durumda olan baş nazir bir neçə il Tel- Əvivdəki xəstəxanada, daha sonra isə ölkənin cənubundakı rançosunda keçirdi.

Ariel Şaron həyatını güclü İsrail dövləti qurulmasına sərf etdi. Onun nail olmaq istədiyi sülh uğrunda səylər isə hələ də davam etdirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG