Accessibility links

Arif Hacılı : Partiya ümumrespublika miqyasında ciddi təsir imkanlarını bərpa edərək, öz siyasi fəaliyyətini davam etdirəcək [Audio]


Müsavat Partiyasının sentyabr ayının 27-də keçirilən 8-ci qurultayı Azərbaycanın siyasət tarixində mühüm bir hadisə kimi qiymətləndirən sədri Arif Hacılı bu qurultayın ilk dəfə bir nəfərin ardıcıl olaraq iki dəfədən artıq seçilməsinə qadağa qoyulmasına əməl edilən ilk qurultay olduğunu deyib.

“İsa Qəmbər bir daha öz namizədliyini irəli sürmədi, nizamnamədə dəyişiklik edilmədi. İlk dəfə Müsavat Partiyasının 103 illik tarixində başqanlığa seçkilər alternativ qaydada, seçki kampaniyalarının təşkil olunması şərti ilə keçirilirdi.”

“Hökumətin yer ayırmaması ucbatından qurultayın keçirilməsi ləngiyirdi. Bu da təbii ki, Müsavat Partiyasının tərkibində müəyyən problemlər və qeyri-müəyyənlik yaratmışdı.”

“Qurultay uğurla keçdi, şəffaf seçkilər keçirildi. Seçki Komissiyasının bütün üzvləri seçkilərin nəticələrinin azad və ədalətli olduğunu bəyan etdi. Qurultay seçkilərin nəticələrini təsdiq etdi. Lakin bəzi üzvlər seçkilərin nəticələrindən narazı qalıb. Onlara qaranlıq qalan məsələlər partiyanın müvafiq strukturları tərəfindən araşdırıldıqdan sonra bütün suallara cavab verildi.”

“Partiyanın ümumrespublika müşavirəsi bələdiyyə seçkilərinə, eyni zamanda Müsavat Partiyasında qurultaydan sonra yaranmış nüansların müzakirəsinə həsr olunmuşdu. Hesab edirəm ki, partiya daxilində toparlanma prosesi sürətlə davam edir və yaxın gələcəkdə partiya ümumrespublika miqyasında ciddi təsir imkanlarını bərpa edərək, öz siyasi fəaliyyətini davam etdirəcək.”

“Partiyanın nizamnaməsində fraksiya yaradılması nəzərdə tutulmur. Partiyanın bir çox üzvü və seçkilərdə mənə açıq şəkildə səs vermədiklərini bəyan edənlərin də əksəriyyəti fraksiya yaradılmasının əleyhinə çıxış edirlər. Amma nəticənin necə olacağını yaşayar, görərik.”

XS
SM
MD
LG