Accessibility links

Qızılgül inqilabından Gürcü arzusuna qədər-Tbilisi Qərb və Rusiya arasında


Ariyel Kohen

Ariyel Kohen


ABŞ-ın “Heritage” fondunun aparıcı eksperti Ariyel Kohen Gürcüstanda prezident seçkisindən sonra ölkənin gələcək siyasi kursunu təhlil edərək, “Gürcü arzusu” koalisiyasının liderini əvəz edəcək yeni baş nazirin seçilməsinin önəm daşıdığını vurğulayıb. Ariyel Kohen Amerikanın Səsinin veb səhifəsində öz bloqunda Gürcüstanın gələcək xarici siyasət kursu ilə bağlı təhlil verib.

“Bidzina İvanişvilinin hakimiyyətdən getməsindən sonra ölkə iki yeni lider tərəfindən idarə ediləcək. Digər tərəfdən, Gürcüstanda yenidən prezident və baş nazir bir koalisiyaya mənsub olacaq, bu da hökumətin gələcəkdə qərarlar qəbul etməsini asanlaşdıra bilər. Əgər Gürcüstan prezidenti inaqurasiyadan sonra qüvvəyə minəcək Konstitusiyaya dəyişikliklərə görə simvolik bir fiqur olsa, baş nazir postuna namizəd ölkənin həm daxili, həm də xarici siyasətində bütün sınaqlara cavab verə bilməlidir. Əsas intriqa İvanişvilinin xələfinin kim olacağından ibarətdir.”

Ariyel Kohen baş nazir postuna əsas namizədin 2004-cü ildən İvanişvili ilə yaxın əlaqələri olan 32 yaşlı Daxili İşlər naziri İrakli Qaribaşvilinin ola biləcəyini qeyd edib.

Ekspert Bidzina İvanişvilinin siyasətdən getməsindən sonra Gürcüstanın xarici siyasət kursunun qeyri-müəyyən olduğunu yazıb: “Gürcüstanın birdən-birə Rusiya tərəfdarı və Qərb əleyhdarı olacağını demək sadəlövhlük olardı. Deyilənlərə görə, Gürcüstanda keçən il parlament seçkilərindən əvvəl Kreml iş adamı olan İvanişviliyə Saakaşvilinin partiyasının hakimiyyətdən kənarlaşdırılması müqabilində Rusiyadan pullarını çıxarmasına kömək etməyə söz verib. 2012-ci ildə hakim komandanın dəyişməsi ilə Gürcüstanın xarici siyasət kursu daha yumşaq oldu. Rəsmi Tbilisi Qərb və Amerika tərəfdarı ritorikadan Vaşinqton və Moskva arasında manevlərə keçdi”.

Ariyel Kohen Gürcüstanda hakim elita arasında Rusiya əleyhinə ritorikanın azaldığını və Tbilisi və Moskva arasında ticari münasibətlərin müəyyən dərəcədə bərpa olduğunu qeyd edib. “Lakin iki ölkə arasında Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərazilərinin Rusiya tərəfindən işğalından tutmuş, Tbilisinin Avropaya inteqrasiya cəhdlərinə qədər ziddiyətli məsələlər qalmaqdadır. Özü də Gürcüstanda hakimiyyətdə olan hər hansı bir qrup əsası Şevardnadze tərəfindən qoyulub, Saakaşvili tərəfindən davam etdirilmiş Qərb meylli kursdan imtina etsə, çox güman ki, bu qrup hakimiyyətdə çox qalmayacaq. Buna görə də nə prezident, nə də baş nazir ölkənin Avro-atlantik məkana inteqrasiyası kursundan imtina etməyə cəsarət etməyəcək, özü də Gürcüstanın Avropa İttifaqı ilə razılaşma imzalamağa hazırlaşdığı bir vaxt. Tbilisi Rusiya ilə yaxın əlaqələrin qurulmasını yalnız Moskva Abxaziya və Cənubi Osetiyanın qaytarılmasına söz verəcəyini halda mümkün sayır. Ya da ABŞ, Avropa İttifaqı və Türkiyə Gürcüstana dəstək verməkdən imtina etsə. Amma bunun da baş verəcəyi gözlənilmir. Qərb Gürcüstanı özünə müttəfiq və tərəfdaş kimi görməyə davam edir, Gürcüstanın aparıcı siyasi partiyaları arasında da ölkənin Avropa İttifaqına və gələcəkdə NATO-ya inteqrasiyası ilə bağlı yekdil fikir mövcuddur.”

Ariyal Kohen məqaləsini Gürcüstanda aparıcı şirkətlərin birinin menecerinin ifadəsilə bitərərək yazır:”Liderlər gəlir və gedir, Gürcüstan və gürcü xalqı isə qalır. Özü də onlar Qərbə baxır.”
XS
SM
MD
LG