Accessibility links

Arizona ştatının qubernatoru iki mübahisəli qanun layihələrinə veto qoyub


Arizona ştatının qubernatoru iki mübahisəli qanun layihələrinə veto qoyub
Arizona ştatının qubernatoru iki mübahisəli qanun layihələrinə veto qoyub

Qanunun sponsorları Barak Obamanın ABŞ-da doğulduğunu şübhə altına alan qüvvələrdir

ABŞ-ın Arizona ştatının qubernatoru iki mübahisəli qanun layihələrinə veto qoyub. Bu layihələrdən biri dövlətə məxsus ali təhsil ocaqlarında silah gəzdirməyə icazə verən, o biri isə prezidentliyə namizədlərin vətəndaş olduqlarını sübut etməyi tələb edən qanun idi. Qubernator Cən Bryuer dünən hər iki qanun layihəsini rədd edib.

O, deyib ki, namizədlərin seçkilərdə iştirak etmək üçün müəyyən dəlil-subut göstərmələrini tələb edən qanun layihəsi qəbuledilməzdir. Onu sözlərinə görə bu, Arizona ştat katibinə böyük bir səlahiyyət vermiş olardı. Belə ki, qanun qəbul ediləcəyi təqdirdə dövlət katibi namizədin lazımi meyarlara cavab verib-vermədiyini müəyyən edəcəkdi. Qanunun sponsorları Barak Obamanın ABŞ-da doğulduğunu şübhə altına alan qüvvələrdir. Havay ştatı cənab Obamanın 1961-ci ildə bu ştatda doğulduğunu təsdiq edib.

XS
SM
MD
LG