Accessibility links

Almaniyada həbs edilən 3 nəfər ölkədə bomba hücumları planlaşdırırmış

  • Amerikanın səsi

Almaniyada həbs edilən 3 nəfər ölkədə bomba hücumları planlaşdırırmış

Almaniyada həbs edilən 3 nəfər ölkədə bomba hücumları planlaşdırırmış

Almaniya rəsmiləri dünən Əl-Qaidə ilə əlaqəsi olduğundan şübhələnilən 3 nəfərin ölkədə bomba hücumları planlaşdırdığını bildirib. Prokurorluğun bildirdiyinə görə, üçlük izdihamlı yerlərdə hücumlar həyata keçirməli idi. Bu şəxslər Duzzeldof və Bokum şəhərlərində həbs edilib. Əsas şübhəli 29 yaşlı Əbdüladim El-K, biri 31 yaşlı Almaniya və Mərakeşin, digəri isə 19 yaşlı Almaniya və İranın ikili vətəndaşlarıdır. Almaniya hökuməti Əl-Qaidanın bu ilin sonunda Mumbaysayaq hücum həyata keçirəcəyi haqda məlumat almışdı. 2008-ci ildə Hindistanın maliyyə paytaxtında baş vermiş terror hücumunda 166 nəfər öldürülmüşdü.

XS
SM
MD
LG