Accessibility links

Ərəb Liqası: İsraillə fələstinlilər arasında sülh danışıqları bərpa edilməyəcək


Ərəb Liqası: İsraillə fələstinlilər arasında sülh danışıqları bərpa edilməyəcək
Ərəb Liqası: İsraillə fələstinlilər arasında sülh danışıqları bərpa edilməyəcək

Ərəb Liqasının xarici işlər nazirləri ABŞ Yaxın Şərq münaqişəsinin həlli üçün ciddi təkliflərlə çıxış edənədək, İsraillə fələstinlilər arasında sülh danışıqlarının bərpa edilməyəcəyini bildirib. Qahirə görüşü zamanı nazirlər deyib ki, onlar İsrailin İordan çayının qərb sahilində inşaata dair qətnamə qəbul etməsi üçün quruma müraciət edəcəklər. İsraillə Fələstin arasında birbaşa danışıqlar sentyabr ayında inşaat moratoriumunun müddətinin başa çatmasından sonra dayandırılıb.

XS
SM
MD
LG