Accessibility links

Suriyada etiraz aksiyaları davam edir


Suriyada etiraz aksiyaları davam edir
Suriyada etiraz aksiyaları davam edir

Suriyada cümə günü təhlükəsizlik qüvvələri tərəfindən 4 nəfərin öldürülməsinə etiraz olaraq aksiyalar davam edir. Şahidlərin dediyinə görə, Deraa şəhərində fövqəladə ölçülərin ləğvinə çağıran nümayişçilərə qarşı polis gözyaşardıcı qazdan istifadə edib, onları atəşə tutub. Etiraz aksiyasının iştirakçıları kütləvi həbslərə etirazlarını bildirirlər. İnsan hüquqları müdafiəçiləri bir adamın öldürüldüyünü deyir. Reuters xəbər agentliyinin bildirdiyinə görə, hökumət nümayəndələri Deraaya gələrək, öldürülənlərin ailələrinə başsaşlığı verib. Hökumət bundan əlavə həbs edilən məktəblilərin bəzilərinin azad ediləcəyinə də vəd verib.

XS
SM
MD
LG