Accessibility links

17 əfqanı qətlə yetirən ABŞ əsgərinə qarşı rəsmi ittiham irəli sürüləcək


ABŞ rəsmiləri bildirib ki, ordu ştab çavuşu Robert Beylsin Qəndahar vilayətində 17 əfqan mülki vətəndaşını qətlə yetirdiyinə görə bu gün rəsmən ittiham ediləcəyi gözlənilir. Rəsmilər bundan başqa onun 11 mart hadisəsində altı qəsdən adam öldürməyə cəhd və altı basqın cinayətlərinə görə ittiham ediləcəyini də bildirib. 11 il hərbi xidmət göstərmiş veteran Beyls Kanzas ştatının Fort Livinvors şəhərində hərbi həbsxanada saxlanılır. Onun Əfqanıstanın cənubundakı hərbi mövqeyini gecə qaranlığında tərk edərək doqquzu uşaq daxil olmaqla 17 nəfəri qətlə yetirdiyi ehtimal edilir. Qətlə yetirilən əfqanların qohumları bu gün Beylsin məhəkəməsinin Əfqanıstanda keçirilməsini istədiklərini bildiriblər.

XS
SM
MD
LG