Accessibility links

ABŞ kəşfiyyatı və Əl-Qaidə 11 sentyabrdan sonra

  • Amerikanın səsi

ABŞ kəşfiyyatı və Əl-Qaidə 11 sentyabrdan sonra

ABŞ kəşfiyyatı və Əl-Qaidə 11 sentyabrdan sonra

2001-ci il 11 Sentyabr hadisələrindən sonra taktika dəyişsə də, kəşfiyyatın terrorizmə qarşı mübarizəsi davam edir

2001-ci il 11 sentyabr hadisələrinin ən çox ABŞ-ın kəşfiyyat agentliklərinə təsiri oldu. Amerikanın ölkə daxilində və xaricdə maraqlarına yönəlmiş təhlükələrin aşkar edilib qarşısının alınması kəşfiyyat agentiklərinin işidir.

Sentyabrın 11-i təyyarələr binalara dəyəndə Maykl Hayden Milli Təhlükəsizlik Agentliyinin direktoru idi. Bu, kəşfiyyatın kommunikasiyalara nəzarət edən qanadıdır.

O səhər Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Con Tenet Maykl Haydenə zəng etmişdi.“Biz əl-Qaidə şəbəkəsinin dünyanın hər tərəfindən təbrik mesajlarını eşidirdik. Mən Corca dedim ki, hələ bir ciddi dəlil yoxdur, amma bunu kimin etdiyi aydındır. Biz bilirdik ki, bu, əl-Qaidənin işidir.”

Amma əgər onlar bunun kim tərəfindən törədildiyini bilirdilərsə, nə üçün onları əvvəlcədən dayandıra bilməmişdilər?

Teneti Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru vəzifəsində əvəz edən Hayden deyir ki, bunun miqyasını təsəvvür etmək çətin idi.

“Biz planın hazırlandığını görürdük, şəbəkədə danışıqlar aparıldığını bilirdik, əl-Qaidə şəbəkəsində bir gözlənti olduğunu görürdük. Amma hücumun burada olacağını təsəvvür edə bilməmişdik.”

11 sentyabr komissiyası kəşfiyyatın yol verdiyi səhləri araşdıraraq, müxtəlif kəşfiyyat agentliklərinin fərqli informasiyaya malik olduğu, lakin bu məlumatları bir yerə toplaya bilmədiyi haqa nəticə çıxardı.

Professionalların dediyi kimi, kəşfiyyat informasiyanı bölüşmədiyi üçün nöqtələri birləşdirə bilməmişdi.

Komissiyanın tövsiyələrinə əməl edərək, KonqresABŞ-ın bütün kəşfiyyat agentliklərinə nəzarət etmək üçün 2004-cü ildə Milli Kəşfiyyat direktoru postuinu yaratdı.

2009-cu ildən keçən ilin may ayına qədər bu vəzifəni icra etmiş Denis Bleyer deyir ki, problem informasiya qıtlığında deyil, əksinə informasiyanın çox olmasındadır. “O qədər informasiya daxil olur ki, burada bu sayda insan və maşın bu qədər informasiyanın içindən ən mühüm olanı seçə bilmir.”

Konqres bununla yanaşı, Mərkəzi Kəşfiyyat Agentliyi, Federal Təhqiqat Bürosu və bütün başqa kəşfiyat agentliklərinin informasiyanı bölüşməsi üçün Milli Əks-Terror Mərkəzi yaratdı.

Maykl Liyter 2007-ci ildın bu ilin may ayına qədər Milli Əks-Terror Mərkəzinin başçısı olub. Onun sözlərinə görə, 11 sentyabr hadisələrindən 10 il sonra informasiya yenə də həddindən artıq çoxdur, amma bu, informasiyanın az olmasından daha yaxşıdır. “Əks-terror sahəsində işin başlanğıcında sonda nə olacağını bilmək mümkün deyil. Ona görə mövcud bütün informasiya daxil olmalıdır. Məlumatları təhlil etmək vasitələri olmalıdır, çünki planın üstünü açmağa ümid etdiyiniz o dəyərli informasiyanı öyrənənə qədər bunu bilməycəksiniz.”

Bəzi təhlilçilər hesab edir ki, Üsəma bin Ladenin qətli və əl-Qaidəyə daimi təzyiqlər təşkilatın sıradan çıxmasına gətirib çıxarıb. Lakin Milli Əks-Terror Mərkəzinin keçmiş başçısı Liyter deyir ki, Pakistanda mənzillənən əl-Qaidə ağır durumda olsa da, onun başqa qolları inkişaf etməkdədir. “Ərəbistan yarımadasında əl-Qaidə, Somalida əl-Qaidə ilə əlaqəsi olan əl-Şəbəb təşkilatı, ABŞ-da və Qərbdə əl-Qaidənin ideologiyasından ilham alan terroçular əsl təhlükə yaradır.”

Keçmiş Milli Kəşfiiyat direktoru Bleyer deyir ki, ABŞ-da bu gün əsas təhlükəni kiçik miqyaslı hücumlar təşkil edir. “Təhlükə indi kiçik, bir, ya da iki adamın həyata keçirə biləcəyi, lakin böyük zərər vura biləcəyi hücumlardan gəlir.”

Milli Əks-Terror Mərkəzini başçısı Maykl Leyter deyir ki, ABŞ 11 sentyabr hadisələrindən sonra terrorçu qruplara qarşı mübarizədə böyük nailiyyət əldə edib, lakin 100 faiz müvəffəqiyyətə qarantiya yoxdur. “Nə qədər yaxşı işləsək də, informasiyanı nə qədər yaxşı bölüşsək də, informasiya texnologiyalarını nə qədər təkmilləşdirsək də, mədəniyyətlərin və dillərin öyrənilməsi sahəsində nə qədər təcrübə əldə etsək də, problemlər yenə də olacaq.”


2001-ci il 11 sentyabr hadisələrindən 10 il sonra taktika və döyüşçülər dəyişsə də, kəşfiyyat agentikləri zorakı islamçı ekstremislərə qarşı bu mürəkkəb mübarizəni davam etdirir.

XS
SM
MD
LG